SAXAL: Qəzzanın şimalındakı HƏMAS yeraltı obyektləri məhv edilib
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Müdafiə Ordusunun (SAXAL) Şimal briqadasının qüvvələri və "Yahalom" bölməsi, 252-ci diviziyanın komandanlığı altında son aylarda Qəzza zolağının şimalında, xüsusən "Sarı xətt"in şərqindəki Beyt-Hanun rayonunda HƏMAS-ın yeraltı infrastrukturunun məhv edilməsi üzrə məqsədyönlü əməliyyat aparır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
"Əməliyyat çərçivəsində briqada qüvvələri 'Yahalom' bölməsinin döyüşçüləri ilə birlikdə artıq 14 kilometrə yaxın yeraltı tuneli məhv edib. Həmin tunellərdə yaşayış sahələri və xeyli miqdarda silah-sursat aşkar olunub. Briqada qüvvələri ərazinin təmizlənməsi tapşırığını yerinə yetirməyə davam edir.
Son aylar ərzində Şimal briqadasının qüvvələri atəşkəs razılaşmasını pozan və qoşunlar üçün birbaşa təhlükə yaradan 70-ə yaxın yaraqlını zərərsizləşdirib", — deyə ordunun məlumatında bildirilir.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 27 Aprel 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















