Icma.az
close
up
RU
Saxlanıldığı deyilən Limonçik yenidən TikToka qayıdıb

Saxlanıldığı deyilən Limonçik yenidən TikToka qayıdıb

Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxslərdən biri olan və saxlanıldığı deyilən "Limonçik" ləqəbli Əli İsmayıllı artıq bir neçə gündür ki, "TikTok" platformasında canlı yayımlar açmağa başlayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əli İsmayıllı yeniyetmə olduğu üçün Cinayət Məcəlləsininə uyğun olaraq ailəsinin iştirakı ilə onunla profilaktik söhbət aparılıb.

Xatırladaq ki, Ə.İsmayıllı və digər saxlanılan şəxslər dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.

Onların Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "Toyota", "Hyundai", "Range Rover" və "Mercedes-Benz" markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.

Qeyd edək ki, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşan Ə.İsmayıllının saxlanılması barədə xəbər çıxmışdı.

Məhərrəm Əliyev

seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri