Saxta bank çeki ilə fırıldaqçılıq VİDEO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Süni intellekt gündəlik həyatımızda bir çox işi asanlaşdırsa da, bu texnologiyanın imkanlarından dələduzluq məqsədilə istifadə edənlər də var.
Bizim.Media xəbər verir ki, son vaxtlar alış-veriş zamanı saxta ödəniş qəbzlərinin təqdim edilməsi ilə bağlı hallara rast gəlinir.
Zərərçəkənlərdən biri bildirir ki, satış zamanı qarşı tərəf ona pulun karta köçürüldüyünü göstərən qəbz göndərib. O, həmin anda bank hesabını yoxlamadığı üçün ödənişin həqiqətən həyata keçirildiyini düşünüb.
"Təxminən 20 dəqiqə sonra dalbadal yazmağa başladı ki, üzrlü sayın, ehtiyac olmadı, qızım başqa yerdən alıb. Mən də ödənişin edildiyini düşünüb pulu geri qaytardım", - deyə zərərçəkən Baku TV-yə bildirib.
Mütəxəssislər isə qarşı tərəfin göndərdiyi qəbzi ödənişin təsdiqi kimi qəbul etməməyi tövsiyə edirlər. Bildirilir ki, əsas məsələ pulun həqiqətən bank hesabına daxil olub-olmadığını yoxlamaqdır.
Mobil bankçılıq tətbiqində əməliyyat tarixçəsinə baxmaq, hesabın balansını yoxlamaq, şübhə yarandıqda isə birbaşa bankla əlaqə saxlamaq ən etibarlı üsullardandır.
Məsələnin hüquqi tərəfinə gəlincə, dələduzluq yolu ilə özgəsinin əmlakını ələ keçirmə hallarında məsuliyyət vurulan ziyanın məbləğindən və əməlin digər hallarından asılı olaraq dəyişir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 30 Sentyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















