Icma.az
close
up
RU
Saxta canavar əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Saxta canavar əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.
 

Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində “Saxta canavar” əməliyyatı keçirib. Əməliyyat zamanı Ledi Qaqanın konserti zamanı terror aktı planlaşdıran şəxslər saxlanılıb. Polislər partlayıcı maddələr və molotov kokteyli müsadirə edərək hadisəni törədənləri həbs edib.

Bu barədə Braziliya hüquq-mühafizə orqanlarının bəyanatında məlumat verilib.
 

"Braziliya polisi Ədliyyə Nazirliyi ilə birlikdə Ledi Qaqanın Rio-de-Janeyrodakı Kopakabana çimərliyində konserti zamanı həyata keçirilməsi planlaşdırılan partlayışın qarşısını alıb" - deyə polis bildirib.
Hüquq-mühafizə orqanları əlavə edir ki, onlar iki nəfəri - kişi təşkilatçı və cinayətə adamların cəlb edilməsində iştirak edən azyaşlını saxlayıblar. Polislər cinayətkarların niyyətlərini əvvəlcədən müəyyən etdiklərini və əməliyyat hazırlamağa başladıqlarını bildiriblər.
 

Braziliya polisinin bəyanatında deyilir: "Bu cinayəti törədənlər konsertdə əldəqayırma partlayıcı qurğular və molotov kokteyllərindən istifadə etməklə silsilə hücumlar planlaşdırıblar. Onların hədəfi uşaqlar, yeniyetmələr və LGBT-lər olub".
"Saxta canavar" əməliyyatı nəticəsində polis bir neçə şəhərdə - Rio-de-Janeyro, Niteroi, Duque de Kaxias və Makaedə bir sıra həbslər həyata keçirib. Hazırda bir neçə ştatda bombalı hücumların hazırlanmasında iştirak edən şəxslərin tam dairəsini müəyyən etmək üçün əməliyyat tədbirləri davam etdirilir.
 

Qeyd edək ki, amerikalı müğənni Ledi Qaqa Rio-de-Janeyrodakı Kopakabana çimərliyində 2 milyona qədər insanın iştirak etdiyi nəhəng konsert verib. Giriş pulsuz olub və festivalın xərcləri şəhər hökuməti tərəfindən qarşılanıb.
Müğənni hazırda "Mayhem" ("Xaos") albomunu dəstəkləmək üçün böyük dünya turnesindədir. İfaçı daha sonra ABŞ, Avstraliya, Yaponiya və Cənubi Koreyada bir neçə açıq konsert proqramı ilə çıxış edəcək.


Aynil
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 May 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri