Icma.az
close
up
RU
Şaxta, çovğun və sərt günlər Bu gecədən...

Şaxta, çovğun və sərt günlər Bu gecədən...

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bu gecədən etibarən Azərbaycanda qışın ən sərt dövrü kimi tanınan Kiçik çillə başlayır. Dekabrın 20-də start götürən və 40 gün davam edən Böyük çillə yanvarın 31-də başa çatır və öz yerini Kiçik çilləyə verir.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, xalq təfəkküründə bu iki çillə fərqli xarakterlərlə obrazlaşdırılır.

Onlar bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir olunur. Böyük çillə daha mülayim, səbrli və sakit təbiətli hesab edildiyi halda, Kiçik çillə sərt, qəzəbli, çovğunlu və daha çətin keçən dövr kimi tanınır.

El arasında belə bir deyim də var: “Böyük çillə dondurar, Kiçik çillə yandırar”.

Yəni Böyük çillə daha çox şaxtası ilə, Kiçik çillə isə sərt küləyi, çovğunu, kəskin temperatur dəyişmələriylə insanı sınağa çəkir. Həm hava şəraitinin ağırlaşması, həm yolların buz bağlaması, həm də insanların gündəlik həyatında yaratdığı çətinliklər Kiçik çilləni qışın ən ağır mərhələsinə çevirir.

Folklorşünasların qeyd etdiyi kimi, çillə anlayışı sırf meteoroloji dövr deyil, həm də qədim təqvim düşüncəsinin, zaman bölgüsünün, xalqın təbiətlə harmoniyada yaşamaq təcrübəsinin məhsuludur. Əcdadlarımız qışı sadəcə soyuq mövsüm kimi yox, mərhələlərə bölünmüş canlı bir zaman parçası kimi dərk ediblər. Hər mərhələnin öz xarakteri, öz davranışı, öz “əhvalı” olub.

Kiçik çillənin daxilində qeyd olunan Xıdır İlyas bayramı isə xalq mədəniyyətində xüsusi yer tutur. Bu bayram Azərbaycanın müxtəlif bölgələrində fərqli adlarla tanınır. Bəzi yerlərdə ona “Xıdır Nəbi” də deyilir.

XIDIR.png (943 KB)

Xüsusilə Naxçıvanda bu bayram ənənəvi şəkildə, böyük coşğu ilə qeyd olunur və fevralın 10-na qədər davam edir. Kəndlərdə insanlar bir-birinə qonaq gedir, evlərdə süfrələr açılır, qədim mərasimlər icra olunur. Bəzi bölgələrdə isə bayramın cümə axşamlarına təsadüf etməsi İslam dininin qəbulundan sonra formalaşmış inanclarla əlaqələndirilir.

Xıdır İlyas bayramı həm Novruz ənənələri, həm də çox qədim inanclarla sıx bağlıdır. Bu bayramın köklərində Şumer inancları, Zərdüştlük, xristianlıq və İslamın izləri aydın şəkildə görünür. Tədqiqatçılar Xıdır obrazını su, həyat, dirilik və yenilənmə ilə əlaqələndirirlər. Zərdüştlükdə od və suyun müqəddəsliyi, Şumer mifologiyasında xilaskar motivi, xristianlıqda müqəddəs fiqurların himayədarlıq anlayışı və İslamda Xıdır peyğəmbər haqqında rəvayətlər zamanla xalq təfəkküründə birləşərək vahid mədəni obraz yaradıb. Bu səbəbdən Xıdır İlyas həm dini, həm mifoloji, həm də folklor xarakteri daşıyır.

Xıdır İlyas xalq yaddaşında xilaskarlıq, ümid, nicat və bolluq rəmzi kimi yaşayır. İnsanlar bu bayramı yazın gəlişi ilə əlaqələndirir və böyük səbrsizliklə gözləyirdilər. Çünki Kiçik çillənin ən sərt günlərində belə bu bayram insanlara ümid verirdi: “Qışın beli qırılır, yaz yaxınlaşır”.

Bayram süfrəsində buğdadan hazırlanan qovğa və qovud xüsusi yer tutur. İnanca görə, bayram gecəsi qovud qapının kandarına qoyulur və Xıdırın boz atı ilə gəlib həmin izləri yoxlayacağına inanılırdı. Səhər oyananda qovudun üzərində at nalına bənzər izlərin görünməsi Xıdırın gəlişinin əlaməti kimi qəbul edilirdi. Bəzi bölgələrdə uşaqlar səhər tezdən oyanıb ilk olaraq həmin izləri axtarardılar. Bu cür inanclar qışın sərt günlərində insanların yazın gəlişinə olan ümidlərini daha da gücləndirirdi.

Bundan başqa, gənc qızların niyyət tutaraq su qabının içinə üzük, daraq, sancaq kimi əşyalar atması, səhər onların taleyini yozması kimi mərasimlər də Xıdır gecəsinə aid edilən qədim inanclardandır. Bu mərasimlər sonradan Novruz adətləri ilə də qaynayıb-qarışıb.

Kiçik çillənin başa çatması ilə Boz ay başlayır. Boz ay Novruzun yaxınlaşmasını və təbiətin oyanışını simvolizə edən mühüm dövr hesab edilir. Bu ayda xalq arasında geniş şəkildə qeyd olunan çərşənbələr keçirilir. Su, od, yel və torpaq çərşənbələri Boz ayın əsas mərasimləridir. Su çərşənbəsi ilə başlanan bu mərasimlər torpaq çərşənbəsiylə tamamlanır və baharın gəlişi böyük sevinclə qarşılanır.

Əslində, Kiçik çillə ilə Boz ay arasında görünməz bir körpü var. Birində qışın sərt nəfəsi, digərində isə yazın ilıq nəfəsi hiss olunur. Xalq təqvimi bu keçidi sadəcə tarixlə yox, mərasimlərlə, inanclarla, ümidlərlə müşayiət edib. Qışın ən çətin günlərində belə insanlar bayramlar, inanclar və mərasimlər vasitəsilə öz ruhlarını isidə biliblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Yanvar 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see299

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see266

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see263

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see262

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see252

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see250

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see246

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see245

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see243

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see227

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see221

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see220

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see209

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see206

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see206

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see205

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see202

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see188

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see186

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri