Icma.az
close
up
RU
Saxta həkimlərin yeni ünvanı XƏTAİ ESTETİK KLİNİKASI

Saxta həkimlərin yeni ünvanı XƏTAİ ESTETİK KLİNİKASI

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ABŞ -da yaşayan jurnalist Qənirə Ataşovanın saxta plastik cərrahlarla bağlı silsilə araşdırmaları ölkəmizdə bu sahədə acınacaqlı durumu üzə çıxardı.

Araşdırmaların olk dövründə Səhiyyə Nazirliyi həkim olmayan şəxslərə rüşvət müqabilində saxta sertifikatlar verdiyi üçün bu məsələnin üstünə getməsə də Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hərəkətə keçdi də nazirlikdə antikorrupsiya əməliyyatı keçirdi.

Buna baxmayaraq,  hər keçən gün  saxta plastik cərrahların hıyatını sonlandırdığı, yaxud da şikəst etdiyi insanların sayı artmaqdadır.

.

Xeyli vaxtdır ki, ölkədə saxta cərrahlarla bağlı yayılmış informasiyalarla əlaqədar müxtəlif müzakirələr aparılır.

Məsələyə hüquq-mühafizə orqanları da qarışıb. Faktlarla bağlı dövlət qurumları tərəfindən araşdırma aparılır.

Elə ötən gün baş prokuror Kamran Əliyev də bu mövzuya reaksiya verib.

O, jurnalistlərə verdiyi açıqlamasında bildirmişdir ki, diplomsuz fəaliyyət göstərən estetik cərrahlarla bağlı artıq Səhiyyə Nazirliyi ilə Baş Prokurorluq birgə komissiya yaradılıb və faktlarla bağlı cinayət işinə də başlanılıb.

Sözügedən məsələdə adı qalmaqallarda tez-tez hallanan Bakının tanınmış “Xətai Estetik Klinikası”dır.

Gununsesi.info-ya daxil olunan məlumata görə, Xətai Estetik Klinikasında bədən şəkilləndirmə əməliyyatı olunan Bakı sakini E.İ. ilə klinikanın həkimi Adil Cümşüdov arasında ciddi insitend yaranıb.

Buna səbəb isə Adil Cümşüdovun etdiyi uğursuz estetik əməliyyatın nəticəsində yaranan problemlərdir.

Xətai Estetik Klinikasında estetik qurbana çevrilən E.İ.-nin sözlərinə görə əməliyyatdan sonra onun səhhətində ciddi problemlər yaranıb.

” Tam 8 saat əməliyyat masasında qalmışam. Əməliyyatdan sonra baxdım ki, boğazım, sinəm, bütöv bədənim gematomadı.sonra onun boğaz, sinə və bütöv bədən hissəsində ci gematoma yaranıb.

Halbuki,mən sinə əməliyyatı etdirməmişəm. Ən dəhşətlisi də o idi ki, bu qədər pul aldığı halda hər iki əməliyyati özü etməyib, asistentləri mənim üzərimdə praktika keçirmiş. Bədənin bütün nahiyələrində əyrilik var.

Qol liposaksiyasından sonra qolum sarğılı oldugu halda qola sistem qoşublar. Nəticədə qollarım aşırı dərəcədə şişdi. Xəstəxanada çox laqeyid yanaşmalar gördüm. Əlavə gün ödədiyim halda dəhlizdə yatdım. Nə qədər qışqırıb çağırsam da, heç kəs yaxınlaşmadı. Bir ay sonra da əməliyyat olunan bütün bölgələrdə əyrilik olduğu nəzərəçarpacaq dərəcədə bilindiyi üçün narazılıq etdim. Yenidən korreksiya edəcəklərini bildirdilər”,- deyə E.İ. əlavə edib.

Zərərçəkən onu da vurğulayıb ki, sözügedən klinikada etdiyi “əməliyyata” nə az, nə çox tam 10 min manatdan cox pulu çıxıb: ” Ödənişi vaxtlı-vaxtında etmişəm. Rosetlər və reseptə gülünc məbləğlər aldılar (600 manat). Bütün nahiyələrin əyri olduğunu bildikləri halda məni kovitasiya aparatına yönəltdilər, üç həftə sonra heç bir dəyişiklik olmadı. Lakin bir söz demədim. Yəni, özləri də etiraf edir ki, əməliyyat uğursuz keçib. Korreksiya əməliyyatının da nəticəsi olmadı”.

İkinci əməliyyatdan sonra səhhətində yenidən ciddi problemlər ilə üzləşən E.İ bildirib ki, məsələ ilə bağlı iyunun 4-də klinikaya gedib: “Etirazımı bildirdim. Səsimin tonunu belə qaldırmadan şikayət edəcəyimi dedim. Adil Cümşüdov otaqda qışqıraraq dedi ki, nə eləmişəmsə, əcəb eləmişəm, get, kimə istəyirsən şikayət elə. Hətta məni şantaj elədi. Dedi ki, məndə fotoların var. Əməliyyatdan əvvəl çəkilən fotoları deyir. Mən bilmirəm bu adam kimə güvənir? Yəni, hesab edir ki, bu ölkənin yiyəsi yoxdur? Məgər, dərəbəylikdir? Mən məsələ ilə bağlı Respublika və Xətai prokurorluqlarına şikayət etmişəm. Pulumu geri istəyirəm, çünki yenidən əməliyyat olunmalıdır. Faktiki olaraq məni aldadıblar. Yenidən əməliyyat etməyi təklif etsələr də, razılaşmayacağam. Tələbim ondan ibarətdir ki, mənə vurduqları ziyanı geri versinlər, müalicəyə ehtiyacım var”.

Baş verən hadisə ilə bağlı zərərçəkən E.İ artıq Respublika və Xətai Rayon Prokurorluqlarına müraciət edib.

Adıçəkilən klinikada ilə bağlı Gununsesi.info-ya daxil olan bir xəbərdə isə deyilir ki, bu tibb ocağının icarəyə götürən şəxslər orada yenə də saxta plastik cərrahları işə cəlb edib.

Həmin “həkimlər” gizli şəkildə Xətai Estetik Klinikasında əməliyyatlar edir.

Klinikanın icarədarları mümkün qədər bunu gizli saxlamağa çalışır” deyə mənbəmiz əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Yanvar 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri