Icma.az
close
up
RU
Saxta kampaniyalar davam edir...

Saxta kampaniyalar davam edir...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vardanyanın xilasına hədəflənən məqsədli “piar”

Bakıda Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə təqsirli bilinən 15 nəfərin, o cümlədən  Harutyunyan Arayik, Vardanyan Ruben, Qukasyan Arkadi, Sahakyan Bako, İşxanyan Davit, Babayan Davit, Mnatsakanyan Levon, Beglaryan Vasili, Qazaryan Erik, Allahverdiyan Davit və digərlərinin məhkəməsinin başlaması ilahi ədalətin nəhayət, öz yerini tapacağına böyük inam yaradıb. Adları çəkilən şəxslər  müxtəlif maddələrlə ittiham olunurlar və layiqli cəzalarını almalıdırlar . Burada hansısa istisnalardan söhbət gedə bilməz. Bununla belə, ayrı-ayrı Avropa təsisatları, Rusiyanın müəyyən dairələri yenidən bəhs olun şəxslərin müdafiəsi yönündə fəaliyyətləri genişləndiriblər. Bu kontekstdə zamanında qondarma “DQR”in “dövlət naziri” postunu tutmuş Ruben Vardanyanın təəssübünü çəkənlərin sayının artması xüsusilə diqqət çəkir. 

Aparılan qara piar

R.Vardanyanın kimliyi hər kəsə bəllidir. Çirkli pulların yuyulması yolu ilə özünə böyük sərvət toplayan və milyarderə çevrilən bu şəxs 44 günlük müharibədən sonra heç kəsin gözləmədiyi halda Xankəndidə zühur etdi. Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində “DQR” süquta uğradı, Qarabağda separatizm yuvası dağıdıldı və digərləri ilə yanaşı, R.Vardanyan da  həbsə alınaraq Bakıya gətirildi və onun barəsində istintaq başladı.

Qeyd edək ki, Bakıda istintaq dövründə belə müxtəlif mərkəzlər R.Vardanyanın müdafiəsi ilə bağlı saxta kampaniyalar keçiridi - bu xüsusda biz Fransanın, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, Almaniyadan olan Şvabe kimi deputatların  canfəşanlığını xüsusi qeyd edə bilərik. Məhkəmə ərəfəsində qərəzli kampaniya daha da genişlənib. Halbuki, R.Vardanyanın pərdələnməsinə çalışıldığı fəaliyyətində cinayət tərkibi mövcuddur - bu isə hüquqi məsuliyyət yaradır.

Rubenin xiffətini çəkənlər

Maraqlıdır ki, onun barəsində Rusiya mətbuatında da əvvəllər informativ xarakterli yazılar dərc olunsa da, məlum təyyarə qəzasından sonra qara piar xarakterli materialların dərc olunması intensivləşib. Məsələn,  “Vzqlyad” nəşri başlamış məhkəmə haqda materialında prosesin obyektivliyini şübhə altına almağa cəhd edib. Paralel olaraq, Rusiya prezidenti yanında İnsan Hüquqlarının Müdafiəsi Şurasının üzvü Yeva Merkaçeva Paşinyanı R.Vardanyanın müdafiəsində fəal mövqe tutmağa çağırıb. Onun qənaətinə görə, R.Vardanyanı “müharibədə iştirak etmiş digərləri ilə müqayisə etmək olmaz və o, “artsax”a münaqişənin kəskin mərhələsi bitəndən sonra gəlib”. Şuranın xanım üzvü, həmçinin R.Vardanyanın “humanitar fəaliyyətini” qeyd etməyi də yaddan çıxartmayıb.

Yeva Merkaçevanın özbaşına belə bir məzmunda açıqlama ilə çıxış etdiyini düşünmək sadəlövhlük olardı. Onu da nəzərə alaq ki, bu absurd açıqlama Ermənistanın Rusiyadan üz çevirdiyi ərəfədə səsləndirilib...

Azərbaycanın gücü və qətiyyəti

Kimlərin hansı iddiaları səsləndirməsindən asılı olmayaraq, Azərbaycan özünün milli gücünə əsaslanmaqla qətiyyətli mövqe sərgiləyir. Ölkəmiz daim suverenlik və müstəqillik prinsiplərindən çıxış edib və apardığı ardıcıl siyasətdə həmişə ədalət meyarını əsas götürüb. Azərbaycan indiyədək cəfəng iddialara, təzyiq cəhdlərinə baxmayaraq özünün ümumilli məqsədlərinə çatmağa nail olub - ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. İndi isə növbə bir sıra cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılmasına çatıb. Onlar Azərbaycan əleyhinə hərbi və dövləti cinayətlər törətmiş şəxslərdirlər.Artıq məhkəmə prosesi başlayıb. Məlum cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Qara piarı aparılan R.Vardanyanın da layiq olduğu və ədalətli şəkildə cəza alacağına heç bir şübhə yoxdur. Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Fevral 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri