Saxta profillər açıb başqalarını təhqir edən şəxs cəzalandırıldı
Icma.az, News24 portalına istinadən məlumat yayır.
Naxçıvanda bir neçə nəfərin adına təhqiramiz sözlərdən istifadə etməklə profillər yaradan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
News24.az - ın əldə etdiyi məlumata görə, həyata keçirilən tədbirlərlə Culfa rayonunda yaşayan bir neçə gəncin fotolarından istifadə etməklə "İnstagram"da profillər yaradan şəxsin Culfa şəhər sakini olan 1997-ci il təvəllüdlü F.Həsənov (şərti) olması müəyyən edilib.
Onun internet klubdan tanıdığı şəxslərin fotolarını əldə etməsi və həmin şəxsləri cəmiyyətdə hörmətdən salmaq üçün adlarına təhqirlər yazılmaqla profillər açması dəqiqləşib.
Ekspertiza zamanı müəyyən edilib ki, F.Həsənov astentik vəziyyət xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik nevrotik və stressdən yaranan xəstəliklər qrupuna daxildir.
Barəsində Cinayət Məcəlləsinin 148-1-ci, yəni, təhqir maddəsi ilə iş açılan oğlan rayon məhkəməsinin qərarı ilə 1000 manat cərimə olunub.
Yaşar Araz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 09 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















