Icma.az
close
up
RU
Saxta profillər artıq cəzasız qalmayacaq VƏKİL İZAH VERDİ

Saxta profillər artıq cəzasız qalmayacaq VƏKİL İZAH VERDİ

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial mediada böhtan və təhqir cinayət sayılır 

“Hər paylaşım məsuliyyət daşıyır: hüquqi müdafiə və zərər ödənişi sosial mediaya da şamil olunur”

Millət vəkili Günay Ağamalı ailə üzvləri haqqında sosial mediada təhrif olunmuş, təhqir, böhtan xarakterli məlumatların yayılmasının siyasi məqsəd daşıdığını, fəaliyyəti və ictimai nüfuzunun hədəf alındığını deyib. Xanım millət vəkili hər bir vətəndaşın şəxsi toxunulmazlığının Konstitusiya ilə təsbit edildiyini vurğulayıb. Və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb. Bəli, məhz çağırıb. Çağırış edib, yəni. Bu, yayılan məlumatların, videonun fonunda çox yumşaq görünür.

Millət vəkili niyə belə yumşaq mövqe tutur, bilinmir. Bəlkə də düşünür ki, xanım millət vəkili olaraq nümunəvi davranış sərgiləməlidir və ittihamlara hələ zərurət yoxdur. Amma onun yerində başqa birisi olsaydı, sosial mediada həmin videonun kimin tərəfindən paylaşıldığının, videodakı şəxsin əgər onun öz övladı deyilsə, şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hüquqi addımların atılmasını tələb edərdi. Bəlkə də edib. Bilmirik.

Hüquq isə G.Ağamalı da daxil, böhtan və təhqirə məruz qalan hər bir vətəndaşın hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Prosedur qaydalarını “Şərq”ə açıqlamasında "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Nargilə Həmidova izah etdi: 

- Təəssüf ki, internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə alətinə çevrilib. Günümüzdə olan ən önəmli məsələlərdən biri sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtana görə nəzərdə tutulan məsuliyyətlə bağlıdır. Azərbayan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.

Barəsində şərəf və ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış şəxsin mülki qaydada iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ var. Həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da var. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə, kütləvi informasiya vasitəsində başqasının şərəf və ləyaqətinin alçaldılmasına, şayiələr, yalan, qərəzli yazılar dərc olunmasına yol verilmir. Həmin Qanunun 44-cü maddəsinə görə kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Cinayət Məcəlləsinin 147 – ci maddəsi Böhtana, 148-ci maddəsi isə Təhqirə görə məsuliyyəti nəzərdə tutur. Böhtan - yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasıdır. Buna görə min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin ağır və xüsusilə ağır cinayət ittiham etməklə böhtan atma isə daha sərt – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən “Böhtan” və “Təhqir” cinayətləri üzrə cinayət təqibi xüsusi ittiham qaydasında aparılır. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. Bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər saxta profil hesabı açaraq öz ad-soyadlarını gizlədirlər. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri sosial mediada təhqir etməkdən çəkinmirlər. Bu tip halların qarşısının alınması məqsədilə, 29 noyabr 2016 – cı il tarixli 444-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə yeni məzmunda 148-1-ci maddə əlavə edilib. Bu maddə ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə də cinayət məsuliyyətinə səbəb olur. “Saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür”.

N.Həmidova qeyd etdi ki, sosial şəbəkələrə nəzarət etmək olduqca çətindir. Bu gün Azərbaycanda sosial şəbəkələrdən milyonlarla insan istifadə edir. Lakin bu istifadə hər zaman məqsədəmüvafiq olmur. Bu isə nəticədə hüquqi məsuliyyətə səbəb ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 06:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri