Icma.az
close
up
RU
Saxta qızılı ayırd etmək üçün nə etməli? AÇIQLAMA

Saxta qızılı ayırd etmək üçün nə etməli? AÇIQLAMA

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Bəzi yerli qızıl univermaqlarında məhsullara saxta sertifikatların verildiyi müşahidə olunur. Bundan əlavə, yerli istehsal olunan qızıllar bəzən 750 əyar adı altında və ya italyan qızılı kimi təqdim edilərək satılır.
Alıcılar qızılın yerli istehsal olub-olmadığını necə müəyyən edə bilərlər? Həmçinin, həqiqi italyan qızılını saxta məhsullardan fərqləndirmək üçün hansı üsullardan istifadə etməlidirlər? Vətəndaşlar qızıl alarkən saxtakarlıq hallarından qorunmaq üçün nə etməlidirlər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov bildirib ki,
etibarlı və lisenziyalı satıcılardan alış-veriş edin.

Rövşən Əmircanovun sözlərinə görə, qızıl alarkən yalnız dövlət qeydiyyatına alınmış və etibarlı zərgərlik mağazalarına üstünlük vermək vacibdir. Həqiqi dəyərinə uyğun məhsul əldə etmək üçün etibarlı satıcılardan alış-veriş tövsiyə olunur.

“Alıcıların mağazanın rəsmi fəaliyyət göstərdiyini, məmulatın əyarını və əgər üzərində qiymətli daşlar varsa, onların sertifikatını tələb etmək hüquqları var. Tanınmış brendlər və uzun illər fəaliyyət göstərən mağazalar daha etibarlı sayılır və müştəri məmnuniyyətinə xüsusi diqqət yetirirlər.
Məhsulun sənədlərini və nişanlarını yoxlayın.
Qızıl alarkən məhsulun keyfiyyət sertifikatı və üzərindəki nişanların mövcudluğunu diqqətlə yoxlamaq vacibdir. Sertifikatda məhsulun çəkisi, əyarı, keyfiyyət parametrləri və istehsalçı haqqında məlumatlar qeyd edilməlidir. Orijinal qızıl məmulatlarında istehsalçının möhürü və əyar nişanı olmalı, Azərbaycanda istehsal olunan və idxal olunan qiymətlilər isə dövlət əyar damğası ilə təsdiqlənməlidir.
Saxta sənədlərlə qarşılaşmamaq üçün məhsulun rəsmi laboratoriyalarda yoxlanılması mümkündür. Əgər qızılın mənşəyi ilə bağlı şübhə yaranarsa, akkreditə olunmuş laboratoriyalara müraciət edərək əlavə analiz aparmaq tövsiyə olunur.

İtalyan qızılına gəldikdə isə bu məmulatlarda istehsalçı şirkətin rəsmi möhürü olmalıdır. Lakin bu kifayət deyil, çünki bazarda saxta möhürlər də mövcuddur. Həqiqi italyan qızılı istehsalçının unikal kodu və beynəlxalq sertifikatla təsdiqlənməlidir. Ən etibarlı yoxlama üsulu qiymətlini laboratoriyada analiz etdirmək və rəsmi sertifikat bazasında məlumatlarını yoxlamaqdır.
Əyar məsələsinə diqqət yetirin.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkədə istehsal olunan və ya idxal edilən qızıl məmulatları mütləq dövlət əyar damğası ilə damğalanmalıdır. Bu damğa məhsulun rəsmi standartlara uyğun olduğunu və göstərilən əyar dəyərinə cavab verdiyini təsdiqləyir.
Bəzi hallarda yerli və ya xaricdən gətirilmiş qızıl məmulatları yüksək əyar adı ilə satılsa da, yoxlama zamanı onların əslində daha aşağı əyara malik olduğu müəyyən edilə bilər. Saxta və ya qeyri-dəqiq əyar göstəriciləri alıcını aldada bilər və investisiya baxımından ciddi itkilərə səbəb ola bilər.
Saxta qızıl və aldatma halları barədə bunları bilmək lazımdır.
Bazarda tam saxta qızıl məmulatlarına rast gəlinir, lakin daha çox rast gəlinən hallar qızılın əyarının olduğundan yüksək göstərilməsi ilə bağlıdır. Bəzi mağazalar məhsulu “İtalyan qızılı” adı altında təqdim etsələr də, əslində bu, yerli istehsal ola bilər. Bu cür aldatma halları alıcıları maddi ziyana sala bilər və bazarda etibarsızlıq yaradır.
Azərbaycan Zərgərlər Assosiasiyasına bu kimi şikayətlər vaxtaşırı daxil olur. Assosiasiya bu istiqamətdə maarifləndirmə aparır, həmçinin vətəndaşlara məhsulun keyfiyyətini yoxlamaq üçün ödənişsiz dəstək göstərir.
Qiymətli daşlar və brilyant alarkən,
Azərbaycanda qiymətli daşların keyfiyyətini və həqiqiliyini yoxlamaq üçün gemoloji mərkəzlərin olmaması uzun müddət alıcılar və zərgərlər üçün çətinliklər yaradıb. Lakin bu problemi aradan qaldırmaq üçün artıq müəyyən addımlar atılır və gemoloji laboratoriyaların fəaliyyətə başlaması istiqamətində işlər aparılır. Bu laboratoriyalar fəaliyyətə başladıqdan sonra qiymətli daşların karatı, çəkisi, saflıq göstəriciləri və mənşəyi daha dəqiq müəyyən edilə biləcək.
Almaz, sapfir, zümrüd, rubin və digər qiymətli daşlar xüsusi gemoloji tədqiqat tələb edir, çünki onların dəyəri əsasən karat ağırlığı, təmizliyi, rəngi və işlənmə keyfiyyətindən asılıdır. Alıcılar bu cür daşların həqiqiliyinə əmin olmaq üçün beynəlxalq sertifikatlara malik məhsullara üstünlük verməlidirlər.
Xüsusilə, ABŞ, Belçika və digər nüfuzlu beynəlxalq gemoloji laboratoriyalar tərəfindən verilmiş sertifikatlara sahib brilyantlar daha güvənlidir. Bu sertifikatlar daşın bütün texniki xüsusiyyətlərini təsdiqləyir və alıcını saxta və ya aşağı keyfiyyətli məhsullardan qoruyur. Azərbaycan bazarında da belə sertifikatlı məhsulların əlçatanlığının artırılması etibarlı ticarət mühiti yaratmağa kömək edir.
Alıcılar üçün tövsiyələrə gəldikdə isə qızıl alarkən mütləq şəkildə kassa çeki, sertifikat və əyar sənədləri tələb olunmalıdır. Xüsusilə yatırım məqsədilə qızıl alan şəxslər yüksək əyarlı və beynəlxalq sertifikatlı məhsullara üstünlük verməlidirlər. Bundan əlavə, məhsulun üzərində istehsalçının möhürü və əyar nişanı olmasına diqqət yetirilməlidir.
Bazarda saxta və ya aşağı keyfiyyətli məhsullarla qarşılaşmaq riskini azaltmaq üçün alıcılar yalnız rəsmi və etibarlı satıcılardan alış-veriş etməli, məhsulun sənədlərini və üzərindəki nişanları diqqətlə yoxlamalıdırlar. Şübhəli hallarda isə qızılı akkreditə olunmuş laboratoriyada yoxlatmaq və rəsmi dövlət qurumlarına müraciət etmək tövsiyə edilir. Bu tədbirlər alıcıları mümkün maliyyə itkilərindən qoruyacaq və həqiqi qızıl almağa kömək edəcəkdir”.

Dəniz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri