Saxta sürücülük vəsiqəsi ilə ASAN Xidmətdə sənəd almaq istədi 2 min cərimələndi
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. Avtosfer.az Teleqraf xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı İsmayılov Emil Şərəfxan oğlu Cinayət Məcəlləsinin 320.2-ci maddəsi (saxta sənəddən istifadə) ilə ittiham olunub. İttihama görə, Emil İsmayılov Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsini pul müqabilində əldə edib. O, bu sənəddən istifadə edərək 2024-cü il aprelin 2-də Bakı şəhərində yerləşən 7 saylı ASAN xidmət mərkəzinə müraciət edərək sürücülük vəsiqəsi alıb.
Araşdırmalar zamanı təqdim edilən Rusiya sürücülük vəsiqəsinin mətbəə üsulu ilə deyil, elektrofotoqrafik çap yolu ilə hazırlandığı və tam saxta olduğu müəyyən edilib. ASAN Xidmət əməkdaşları sənəddə uyğunsuzluq aşkar etdikdən sonra həm xarici, həm də onun əsasında verilmiş Azərbaycan sürücülük vəsiqəsini geri alıblar.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2023-cü ilin avqustunda Eldar adlı şəxs vasitəsilə 200 min rubl müqabilində saxta sürücülük vəsiqəsi sifariş edib və sənədin saxta olduğunu bildiyi halda razılaşıb. Əməlindən peşman olduğunu deyən Emil İsmayılov barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Emil İsmayılov 2 min manat məbləğində cərimə cəzasına məhkum edilib.
Baxış sayı:95
Bu xəbər 20 Dekabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















