Icma.az
close
up
RU
Saxtalaşdırma fabriki BBC: COP29 ərəfəsində Azərbaycanın nazir müavininə qarşı hansı təxribata yol verilmişdi? TƏHLİL

Saxtalaşdırma fabriki BBC: COP29 ərəfəsində Azərbaycanın nazir müavininə qarşı hansı təxribata yol verilmişdi? TƏHLİL

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Son günlər ABŞ mediası və siyasi dairələrində Donald Trampın BBC-yə qarşı irəli sürdüyü iddia ilə bağlı ciddi müzakirələr gedir. Söhbət Britaniya yayım korporasiyasının 2024-cü ilin oktyabrında efirə verdiyi “Panorama” proqramında Trampın çıxışının montaj edilərək təhrif edilməsindən gedir. Məhz bu epizod ABŞ Prezidentinin kəskin reaksiyasına səbəb olub və o, BBC-nin həmin buraxılışı 14 noyabra qədər silməyəcəyi təqdirdə, 1 milyard dollarlıq məhkəmə iddiası qaldıracağını açıqlayıb.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, proqramda montaj edilmiş kadrlar Trampın guya Konqres binasının ələ keçirilməsinə çağırış etdiyi görüntüsünü yaradırdı. Halbuki Tramp çıxışı zamanı vətəndaş mövqeyinin dinc vasitələrlə ifadə edilməsinin vacibliyini vurğulayıb. Hadisə ətrafında yaranan qalmaqal BBC-nin daxilində də ciddi sarsıntılara yol açdı: korporasiyanın baş direktoru Tim Deyvi və xəbər xidməti rəhbəri Debora Törness istefa verməyə məcbur oldular.

Bu hadisə media etikasının, siyasi informasiya təhlükəsizliyinin və ictimai rəyə təsir mexanizmlərinin yenidən gündəmə gətirilməsi baxımından mühüm nümunə kimi diqqət çəkir.

BBC-nin saxtalaşdırma fabriki: Azərbaycanın həqiqətlərini illərlə necə təhrif edirlər?

BBC-nin qeyri-peşəkar şəkildə məlumatları saxtalaşdırması Azərbaycan üçün yeni hal deyil. Hələ Vətən müharibəsi dövründə bu media qurumu ölkəmizə dair həqiqəti əks etdirməyən materiallar yayımlayır, faktları təhrif edirdi. Xüsusilə həmin günlərdə Qərb mediasında, o cümlədən BBC-nin reportajlarında Azərbaycanın gözdən salınmasına yönəlmiş xətt üstünlük təşkil edirdi.

Bu cür informasiya təxribatlarının davamı kimi 2024-cü ilin noyabrında Bakının COP-a ev sahibliyi etdiyi bir dövrdə BBC və “Global Witness” tərəfindən COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanovun adından yeni yalan məlumatlar ortaya atıldı.

Elnur Soltanov APA-ya bildirib ki, COP29 ərəfəsində 10 ay ərzində 1000-dən çox görüş keçirib və hər bir şəxslə görüşdən əvvəl fon araşdırması aparıb. Ona bu dəfə görüş üçün özünü Asiya şirkətinin nümayəndəsi kimi təqdim edən şəxs müraciət edib. Sözügedən şəxs israrla Azərbaycanda neft-qaz sektoruna investisiya istəyini dilə gətirsə də, Elnur Soltanov COP29-un bu mövzular üçün platforma olmadığını ona izah edib. Həmin şəxs COP proseslərini yaxşı bilməsə də, Elnur Soltanov görüş boyu nəzakətli davranıb və ona Azərbaycanın iqlim siyasəti, qazın keçid yanacağı kimi rolunu, emissiyaların azaldılması və SOCAR-ın yaşıl enerji layihələri barədə ümumi məlumat verib, lakin neft-qaz mövzularının müzakirəsi üçün COP-un uyğun məkan olmadığını vurğulayıb.

Elnur Soltanov sonda həmin şəxsi SOCAR-la əlaqələndirməyə hazır olduğunu deyib. Çəkiliş üçün öncədən razılıq barədə danışılmadığı üçün həmin görüşün videoçəkilişi yoxdur. Sonradan məlum olur ki, həmin şəxs əslində “Global Witness”in agentidir və aparılmış söhbəti gizli çəkilişlə lentə alıb. BBC və “Global Witness” iddia edir ki, guya Elnur Soltanov gizli çəkilişdə Asiya şirkəti ilə neft-qaz sövdələşmələri “müzakirə edir” və “köməklik göstərir”.

Elnur Soltanov deyir ki, əslində isə bu iddiaların heç bir əsası yoxdur. Belə ki, qarşı tərəf israrlı şəkildə neft-qaz barədə suallar verib, o isə COP çərçivəsini izah edib və mövzunun COP Ofisinin səlahiyyəti olmadığını deyərək sualları SOCAR-a yönləndirməi təklif edib: “BBC və “Global Witness” isə bunu bilərəkdən “danışıqlar” kimi manipulyasiya edir. “Gizli çəkiliş” özü belə manipulyativ adımdır, çünki insanın etmədiyi bir iş gizli də olsa, qeydə alına bilməz və müəllifin cavabları şəffaf şəkildə elmi konsensus və rəsmi səlahiyyətlərə əsaslanıb. Yəni agent öz kimliyini açıq desəydi belə, eyni cavabları alacaqdı. Sensasiya yaratmaq üçün ortaya atılan “gizli çəkiliş”, “fosil sövdələşməsi” və “danışıqlar” ifadələri reallığa yox, BBC və “Global Witness”in əvvəlcədən qurduğu ssenariyə dayanır. BBC və “Global Witness” iddialarını “sübut etmək” üçün özlərinə maksimal dərəcədə əlverişli şərait yaradıb - saxta şirkət, saxta saytlar, özünü şəfqətli göstərən saxta nümayəndə, gizli çəkiliş və uzun hazırlıq prosesi qurublar. Amma nəticə olaraq 25 dəqiqəlik söhbətdən cəmi 40 saniyəlik hissəni kəsib yayıblar və bunun da böyük qismi müəllifin yaşıl enerji layihələrindən danışdığı məqamlardır. Yerdə qalan 98% isə onların ssenarisinə uyğun gəlmədiyi üçün gizlədilib. Bu fakt göstərir ki, hətta onlar üçün “ideal laboratoriya şəraiti” olsa belə, iddialarını təsdiqləyə bilməyiblər. Yayılan material sübutsuz fərziyyədən başqa bir şey deyil və BMT iqlim konfransının Bakıda keçirildiyi günlərdə belə bir kampaniyanı fakt olmadan dərc etmək həm qeyri-peşəkar, həm qeyri-etikdir”.

BBC-nin ifşası: Tramp qalmaqalı Qərb mediasının illərlə gizlətdiyi manipulyasiya mexanizmini açdı

BBC-nin Donald Trampın çıxışını məqsədli şəkildə təhrif etməsi faktı artıq təkcə peşəkarlıqdan uzaq davranış deyil – qurumun informasiya siyasətində qərəzin köklü, sistemli və planlı şəkildə həyata keçirildiyini açıq şəkildə göstərir. Bu hadisə bir daha sübut edir ki, BBC-nin Vətən müharibəsi dövründə Azərbaycana qarşı qurduğu narrativlər də eyni metodologiya ilə hazırlanıb: kontekstdən çıxarma, xronologiyanın saxtalaşdırılması, faktların seçmə üsulla təqdim edilməsi, yalnız birtərəfli mənbələrə əsaslanma və siyasi məqsədli montajlar. Bu, təsadüf deyildi – bu, illərlə davam edən redaksiya xəttinin mahiyyəti idi.

Tramp qalmaqalı, əslində, daha böyük həqiqəti üzə çıxardı: Qərb mediasının “obyektivlik” pərdəsi altında həyata keçirdiyi informasiya mühəndisliyi indi öz içindən ifşa olunur. BBC-nin öz əməkdaşının təqdim etdiyi sübutlar göstərir ki, bu qurumun yaydığı məlumatlar fakt və həqiqətlər deyil, siyasi sifarişlərə uyğun şəkildə formalaşdırılır.

Bu gün Trampın çıxışının məqsədli manipulyasiyası ilə bağlı yayılan faktlar həm beynəlxalq media sistemində dərin çürüməni ortaya qoyur, həm də Azərbaycanın illərdir, BMT-dən tutmuş Avropa institutlarına qədər bütün platformalarda səsləndirdiyi iradların nə qədər haqlı olduğunu tam şəkildə təsdiqləyir. Yəni BBC-nin daxildən ifşası göstərdi ki, onların informasiya siyasəti jurnalistikanın əsas prinsiplərinə yox, siyasi təsir mexanizmlərinin həyata keçirilməsinə xidmət edir.

Bu hadisə artıq təkcə media qalmaqalı deyil - Qərb mediasının uzun illər gizlətdiyi manipulyasiya mexanizminin çılpaq şəkildə üzə çıxmasıdır.

BBC-nin yalan mexanizmi

BBC-nın saxtakarlıq siyasətindən əziyyət çəkmiş Elnur Soltanov vurğulayıb ki, BBC-nin Trampın çıxışını saxtalaşdırması kimi, COP29 ərəfəsində onun haqqında yayımladığı gizli çəkilişə əsaslanan iddiaların tam videosunu gizlətməsi də göstərir ki, qurum siyasi manipulyasiyanı sistemli şəkildə həyata keçirir: “BBC-nin ABŞ Prezidenti ilə bağlı faktları manipulyasiya edərək 2024-cü il seçkilərinə təsir etmək məqsədi ilə bu seçkilərə cəmi bir neçə gün qalmış siyasi dezinformasiya yayması məni təəccübləndirmədi. Eyni ilin noyabrında - COP29-un başlanmasına üç gün qalmış eyni BBC mənim haqqımda faktları saxtalaşdıraraq, qlobal iqlim danışıqlarına mənfi təsiri hədəfləyən dezinformasiya yaymışdı. Ancaq BBC Kapitol Hill-dəki avantürasındakı səviyyənin bir az da altına enərək, COP29-la əlaqədar olaraq haqqımdakı saxtalaşdırılmış iddialarının əsası kimi təqdim etdiyi, gizli şəkildə qeydə aldığı danışığın tam versiyasını bu günə qədər ictimaiyyətlə paylaşmır. Halbuki həmin danışıq BBC-nin iddialarının əksinə olaraq, mənim peşəkar və mənəvi dürüstlüyümü təsdiq edən əsas dəlildir. Mən əvvəlcə birbaşa bu saxtakarlığın müəllifi olan BBC-nin baş iqlim editoru Justin Rowlatt-a və BBC rəhbəri olan cənab Şaha, daha sonra isə BBC-nin bütün daxili şikayət mexanizmlərinə və Ofcom-a müraciət etdim. Amma bütün mərhələlərdə nəticə eyni oldu: BBC bu günə qədər dəlili – gizli lentə aldığı danışığı tam formada açıqlamaqdan imtina edir”.

Elnur Soltanov qeyd edib ki, Kapitol Hill-lə bağlı orijinal video-çıxış ictimaiyyətə açıq olduğu üçün BBC-nin saxtalaşdırdığı xəbərlə real fakt müqayisə edilib və həqiqət üzə çıxıb: “Mənimlə bağlı isə BBC dəlili – video qeydiyyatı gizlətməyə davam edir. Çünki orijinal dəlil ilə dezinformasiyanın müqayisəsinin yalanlarını ifşa edəcəyini bilir. Jurnalistikanın əsas prinsipi şəffaflıq və sübutdur. Əgər sübut gizlədilirsə, iddia etibarsızdır. Etibarsız iddiada israr isə mənəviyyat, peşəkarlıq və qanunun prinsiplərinə ziddir. Son hadisələr göstərir ki, BBC-nin xəbərçilikdəki siyasi manipulyasiyası individual xarakter daşımır, institutlaşdırılmış bir davranışdır. Şübhəm yoxdur ki, BBC dəfələrlə bənzər saxtalaşdırmalar həyata keçirib və bunlar yavaş-yavaş üzə çıxacaq. Ümumbəşəri dəyərlərin bayraqdarlığını etmə iddiasında olan bu nəhəng və güclü təşkilatın əyalət səviyyəli sarı mətbuat keyfiyyətsizliyindəki davranışları ciddiyə alınmalıdır. Çünki sarı mətbuatdan fərqli olaraq, BBC kimi təşkilatlar yalanlarını reputasiyalarının arxasında gizlədə bilirlər və yalan üzərindən ağır nəticələr yaratma potensialına sahibdirlər”.

BBC ətrafında baş verən son proseslər bir daha göstərir ki, artıq məsələ sadə redaksiya səhvlərindən ibarət deyil – söhbət illərlə formalaşmış, institusional səviyyədə fəaliyyət göstərən siyasi manipulyasiya mexanizmindən gedir. Tramp qalmaqalı bunun qlobal miqyasda ən böyük ifşası oldu, lakin Azərbaycan bu davranışın nəticələrini hələ Vətən müharibəsi dövründə açıq şəkildə yaşamışdı. COP29 ərəfəsində Elnur Soltanovla bağlı yayılan saxta narrativ isə göstərdi ki, BBC öz reputasiyasını arxaya alıb istənilən mövzuda ictimai rəyi yönləndirmək gücünə malik olduğunu düşünür. Lakin gizlətdiyi sübutlar, montaj edilmiş fraqmentlər və birtərəfli mənbələr artıq BBC-nin öz içindən ifşa olunur.

Bu hadisələr media mühitində şəffaflığın, sübuta söykənən jurnalistikanın və etik məsuliyyətin vacibliyini yenidən gündəmə gətirir. Çünki informasiya manipulyasiyasının təsiri təkcə siyasəti deyil, beynəlxalq münasibətləri və ictimai etimadı da sarsıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri