Icma.az
close
up
RU
Şaxtyor da Arda Turan dönəmi rəsmən başladı

Şaxtyor da Arda Turan dönəmi rəsmən başladı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

''Şaxtyor''da gözlənilən təyinat reallaşıb. Ukrayna nəhəngi Arda Turanın baş məşqçi postuna gətirildiyini rəsmən açıqlayıb.

Türkiyəli mütəxəssis ilə ikiillik müqavilə imzalanıb. Arda müqaviləyə imza atmasının ardından bunları deyib:

''Şaxtyor''un başına keçdiyim üçün qürurluyam. Zəngin tarixə və gözəl ənənələrə malik bir klubdu. Avropada kifayət qədər tanınan və qalib mentalitetinə malik klubdu. Bu ənənələri davam etdirmək və oyunumuzla fanatlara gözəl anlar yaşatmaq istəyirik. Həm Avropada, həm də Ukrayna daxilində titullar qazanmaq üçün güclü bir motivasiyaya malikik''.

Bu təyinatın ardından Ardanın ''instaqram'' səhifəsində dəyişiklik etməsi diqqət çəkib. O, 10,6 milyonluq səhifəsində bioqrafiya bölməsində yazdığı ''həmişəlik ''Qalatasaray'' ifadəsini silib! Bu addımı ''Qalatasaray'' fanatları tərəfindən birmənalı qarşılanmasa da, onu anlamaq olar. Arda ''Şaxtyor'' tarixinin 39-cu məşqçisinə çevrilib. Donetsklilərdə eyni zamanda əcnəbi mütəxəssislərlə bağlı ənənə davam edib. Belə ki, 2004-cü ildən bu yana ''Şaxtyor''da yalnız əcnəbi məşqçilər işləyir.
Xatırladaq ki, futbolçu kimi ''Qalatasaray'', ''Atletiko'', ''Barselona'' kimi klublarda top qovmuş Arda Turan məşqçi kimi ''Eyüpspor''u elitaya daşıması və ilk mövsümdə 6-cı pilləni tutması ilə diqqət çəkdi. ''Eyüpspor'' onun başçılığı altında 84 rəsmi oyundan 45 qələbə, 14 heç-heçə, 25 məğlubiyyətlə ayrılaraq 149 xal toplayıb ki, bu da hər oyuna orta hesabla 1,77 xal deməkdi.
Bu arada ''Şaxtyor''un icraçı direktoru Sergey Palkin də bu təyinat haqda danışaraq bunları deyib:

''Arda Turan bizdə kifayət qədər perspektivli və ambisiyalı məşqçi təəssüratı yaratdı. Özü də ciddi rəqabətə malik olan Türkiyə çempionatında işləməklə təcrübə toplayıb. Futbolçu kimi Avropa futbolunda iz buraxıb. Ümid edirik ki, ''Şaxtyor''la da önəmli bir məşqçi karyerasına sahib olacaq və bizə həm Ukraynada, həm də beynəlxalq arenada uğurlar qazandıracaq''.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 May 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri