“Şaxtyor”un azərbaycanlı futbolçusu: “Adaptasiya prosesi çətin keçmədi”
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Artıq üç ildir Qazaxıstanda çıxış edirəm. Yerli çempionata uyğunlaşmışam".
Bu sözləri Qazaxıstanın "Şaxtyor" komandasına keçən qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Kamilla Məmmədova deyib.
29 yaşlı müdafiəçi ötən mövsümdən Karaqanda təmsilçisinin diqqət mərkəzində olduğunu bildirib.
“Daha sonra "Şaxtyor" klubundan təklif aldım. Mən də bu təklifi dəyərləndirib qəbul etdim. Hədəfim hər zamankı kimi komandama faydalı olmaq və yaxşı nəticələr qazanmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm. Artıq kollektivə uyğunlaşmışam. Bundan əlavə, əvvəlki komandamdan da burada çıxış edən futbolçular var. Bu səbəbdən adaptasiya prosesi mənim üçün çətin keçmədi”, - deyə o AZƏRTAC-a açıqlamasında qeyd edib.
O, Azərbaycan və Qazaxıstan çempionatlarını da müqayisə edib: “Liqalar arasında əsas fərq rəqabətin səviyyəsindədir. Burada komandaların sayı daha çoxdur, legionerlər kifayət qədər çoxdur və bu da çempionatın inkişafına müsbət təsir göstərir".
Qeyd edək ki, Kamilla Məmmədova Qazaxıstanda "Okjetpes" və "Yelimay" klublarının da formalarını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 03 Avqust 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















