Icma.az
close
up
RU
Sayca 30 cu olan Yubiley “Baku Energy Forum”u öz işinə başlayıb

Sayca 30 cu olan Yubiley “Baku Energy Forum”u öz işinə başlayıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Sayca 30-cu olan Yubiley “Baku Energy Forum”u 3 iyun tarixlərində Bakı Konqres Mərkəzində öz işinə başlamış və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirib.

525.az xəbər verir ki, bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” yubileyini qeyd edir.

Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Haysam Əl-Qays “Baku Energy Forum” 2025-in iştirakçılarına salamlama məktubu ünvanlayıb. Məktubda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğu vurğulanır.

Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dən çox nümayəndə iştirak edir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belçika, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çin, Estoniya, Finlandiya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Pakistan, Rumıniya, Rusiya, Qvineya-Bisau, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə və Yaponiyadan olan şirkətlər daxildir. Bu il forumun proqramında 70-dən çox spiker yer alıb.

“Baku Energy Forum”un ilk günündə Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiya keçirilmişdir. Forum çərçivəsində baş tutan “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.

Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir. "Enerjidə Rəqəmsallaşma: Məlumat və Texnologiyanın Gücü", "Geoloji Kəşfiyyat – resursların aşkar olunmasında innovativ texnologiya üsulları", "Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması", "COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol", "Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması", "Qaz Bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur", "Neft və Qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi" kimi mövzular forumun əsas istiqamətlərini təşkil edir.

Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.

Bakı Enerji Forumu gələcəyi formalaşdıran ideyalarla tanış olmaq üçün unikal imkan yaradır. Təşkilatçıların dəvəti ilə dünyaca tanınmış global biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A. Nordström sayca 30-cu olan Yubiley Bakı Enerji Forumunda iştirak edir. 4 iyun tarixində Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün ən parlaq mütəfəkkirlərindən biri olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.

Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Kjell A. Nordström dünyanın ən sevilən və tələb olunan natiqlərindən biridir. Transmilli təşkilatlar üzrə ekspert olan Nordström 1990-cı illərdən bəri şirkətlərin, hətta bütöv cəmiyyətlərin inkişaf və böhran dövrlərindən uğurla çıxmasına yardım etmişdir. Onun peşəkarlığı, detallara iti baxışı və dərin təcrübəsi çıxışlarını təsirli edir və auditoriyasında demək olar ki, heç kəsi laqeyd buraxmır.

Nordströmün Bakı Enerji Forumunda çıxış etdiyi sessiya gələcəyin iqtisadiyyatı, yeni yanaşmalar və enerji sahəsində qlobal tendensiyalara həsr olunmuş maraqlı bir diskussiya olacaq. Bu sadəcə bir çıxış deyil, eyni zamanda artıq bu gündən fəaliyyətə ilham verən ideyalarla dolu unikal bir görüşə çevriləcək.

Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” layihəsi həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır. Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük verilir. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq edilir.

Forumun keçirildiyi məkan da təsadüfi seçilməyib. Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi ekoloji konsepsiya əsasında inşa edilib. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istehlakına sərf olunan xərclər azaldılır.

Bakı Enerji Həftəsinin təşkilatçıları artıq uzun illərdir ki, yubiley dövrlərində xüsusi tədbirlər keçirmək ənənəsini formalaşdırıblar. Bu il də istisna olmamışdır. Bakı Enerji Həftəsinin 30 illik yubileyi çərçivəsində təşkilatçılar xüsusi proqram hazırlayıblar. Enerji sahəsi üzrə ən yüksək nəticə göstərən və universiteti uğurla bitirən tələbələrin mükafatlandırılması ənənəsi bu il də davam etdirilir: Bakı Ali Neft Məktəbinin iki seçilmiş məzununa sərginin təşkilatçıları tərəfindən təqaüd verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyun 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri