Icma.az
close
up
RU
Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin

Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər, xüsusilə də dekabr ayında smart olmayan qaz sayğacları ilə bağlı şikayətlər artır. 

Qış mövsümünün başlanması ilə minlərlə abonent aylıq qaz borcunun əvvəlki dövrlərlə müqayisədə səbəbsiz şəkildə yüksəldiyini iddia edir. Bəzi hallarda aylıq sərfiyyatın 2–3 dəfə artaraq 800–1000 kubmetrə çatdığı bildirilir. 

Bununla da smart olmayan, mexaniki qaz sayğaclarının ölçmə mexanizminin dəqiqliyi, texniki nasazlıqlar və mümkün səhv hesablamalarla bağlı suallar gündəmə gəlir.

Bəs vətəndaş evdə istifadə etdiyi qaz cihazlarının və ya sayğacın düzgün işləmədiyini əsas gətirərək ekspertiza tələb edə bilərmi? 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, uyğunsuzluqla bağlı bütün müraciətlər araşdırılır: 

“Əlbəttə ki, belə hallarda vətəndaşın ekspertiza tələb etmək hüququ var. Mən dəfələrlə bildirmişəm ki, kimdə etimadsızlıq varsa, öz sayğacını ekspertiza təşkil edərək yoxlatdıra bilər. Bu günə qədər daxil olan müraciətlərin hamısı araşdırılıb. Müraciət edən vətəndaşlara cavab verilib ki, “Azəriqaz”ın öz qayda və qanunları, həmçinin məlumat bazası mövcuddur və sərfiyyat həmin baza üzərindən yoxlanılır. 

Aparılan yoxlamalar nəticəsində indiyədək heç bir artıq sərfiyyat faktı aşkarlanmayıb, bu günə qədər belə bir hal müşahidə olunmayıb”. O qeyd edib ki, son bir həftə ərzində sərfiyyatla bağlı ardıcıl məlumatlar daxil olub: 

”Həmin müraciətlərin hamısı araşdırılıb və vətəndaşlara rəsmi məlumat verilib ki, qeyd olunan iddialarla bağlı hər hansı uyğunsuzluq yoxdur. Yoxlama zamanı vətəndaşın məlumat bazasındakı sərfiyyat göstəriciləri araşdırılır, daha sonra nəticə barədə ətraflı izahat verilir. Vətəndaşa göndərilmiş bildirişlərlə bazada olan göstəricilərin tam eyni olduğu, hər hansı yanlışlığın mövcud olmadığı izah olunur. 

Aparılan izahatlardan sonra vətəndaşların əksəriyyəti bunu qəbul edir. Qəbul etməyənlər də olur, lakin göstəricilər ortadadır. Yəni daxil olan bütün şikayətlər araşdırılır və hər biri üzrə müvafiq izahat verilir”. 

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov bildirib ki, belə olan hallarda vətəndaş rəsmi olaraq “Azəriqaz”a müraciət etməlidir: 

“Vətəndaşın iştirakı ilə sayğac çıxarılaraq laboratoriyaya aparılır və yoxlanılır, laboratoriya rəyi isə əsas sənəd sayılır. Abonentlər bəzən səhv düşünə bilirlər, çünki ilin sonunda sayğaclarda qaz sərfiyyatı normaya uyğun hesablanır. 

Abonentlərin illik qaz sərfiyyatı üzrə tariflər uyğun yəni 1200 kubmetrə qədər qaz 12,5 qəpikdən, 1200–2500 kubmetr arası 22 qəpikdən, 2500 kubmetrdən çox isə 30 qəpikdən hesablanır. Bu tarif sistemi səbəbindən bəzən abonentlərdə borcun süni şəkildə artması təəssüratı yarana bilər". 

Ekspert qeyd edib ki, vətəndaşın hüququ var ki, ərizə ilə müraciət etsin və  öz iştirakıyla sayğac çıxarılsın: 

"Sayğac yoxlanılmalı və rəsmi sənəd təqdim edilməlidir ki, sayğacın düzgün işlədiyi təsdiqlənsin. Bu proses həm abonentin borcunu aydınlaşdırır, həm də mümkün yanlışlıqların aradan qaldırılmasına şərait yaradır. Belə olan halda vətəndaş həm haqqını qoruyur, həm də gələcəkdə yaranacaq mübahisələrin qarşısını alır". 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: Sayğac borc Eldəniz Vəliyev Nüsrət Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri