Icma.az
close
up
RU
Sayı kəskin azalan sığınlar İsveçin Qırmızı Kitabına düşə bilər

Sayı kəskin azalan sığınlar İsveçin Qırmızı Kitabına düşə bilər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Stokholm, 3 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

2025-ci ildə İsveçin Qırmızı Kitabına yeni böyük bir növ - sığın daxil edilə bilər.

AZƏRTAC xəbər verir ki, Bionövlər Məlumat Mərkəzinin ilkin qiymətləndirmələrinə görə, son 21 ildə ölkədə sığınların sayı 20 faiz azalıb ki, bu da siyahıya daxil edilmə meyarlarına cavab verir.

Populyasiyanın azalmasına səbəb meşələrə torpaq mülkiyyətçiləri tərəfindən təzyiqin artmasıdır. Buna baxmayaraq, İsveçdə hələ də təxminən 300-400 min sığın var və şimal populyasiya sabit olaraq qalır. Lakin iqlim dəyişikliyi və digər maral növləri ilə rəqabət gələcəkdə ölkənin cənubunda populyasiyanı zəiflədə bilər.

Sığın ilə müqayisədə, daha az tanınan növlər - həşəratlar, balıqlar və dəniz məməliləri üçün vəziyyət daha həyəcanlıdır. Siyahıya kənd təsərrüfatı və meşə təsərrüfatında dəyişikliklərdən əziyyət çəkən onlarla həşərat növü daxildir. Baltik dənizindəki dəniz donuz balığı xüsusilə narahatlıq doğuran məqamdır, burada onun sayı ovlanma səbəbindən kəskin şəkildə azalıb.

Bəzi ovluq balıqları ilə bağlı vəziyyət də pisləşib: siyənək, qızılbalıq, alabalıq həssas növ kimi təsnif edilir. Eyni zamanda uğurlu mühafizə tədbirləri sayəsində 210 növ siyahıdan çıxarıla bildi. Onların arasında 1970-ci illərdə ov qadağasından sonra sayı artmağa başlayan su samuru da var.

Ekspertlər biomüxtəlifliyin uzunmüddətli qorunmasını təmin etmək üçün daha iddialı mühafizə siyasətinə ehtiyac olduğunu vurğulayırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 03:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri