Saymon Stil: Dünya iqlim maliyyəsinə böyük ümidlər bəsləyir
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünya iqlim maliyyələşməsinə böyük ümidlər bəsləyir.
Bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Bakıda iqlim konfransı çərçivəsində keçirilən "Sədrliyin QHT nümayəndələri və tərəflərlə açıq dialoqu" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, yeni hədəfin razılaşdırılacağına dair gözləntilər var, həmçinin bütün maliyyə sisteminin iştirakçılarını cəlb etmək mümkündür: "Bütün icmalarda iqlim fəaliyyətini təmin etmək üçün bu yeni struktura ehtiyacımız var. Ancaq lazımi dəyişiklikləri həyata keçirmək və tərəqqiyə nail olmaq üçün inklüziv olmalıyıq. Əgər biz tələb olunan təsirə nail olmaq istəyiriksə, inklüzivlik diqqət mərkəzində olmalıdır".
S.Stil qeyd edib ki, dünya dönüş nöqtəsindədir və hər kəsin eyni istiqamətdə hərəkət etdiyinə, lazımi maliyyəni topladığına və iqlim fəaliyyətini sürətləndirdiyinə əmin olmaq lazımdır.
O, COP29 sədrliyinə bu cür vacib tədbirin təşkilinə görə təşəkkür edib. S.Stil bildirib ki, səsləri vəziyyətlə daha yaxından tanış olan QHT təmsilçiləri və fəallardan eşitməyə ehtiyac var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Noyabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















