saytının rəhbəri Medianın İnkişafı Agentliyinə dəvət olundu
Tribuna saytına istinadən Icma.az xəbər verir.
Mayın 27-də Tribunainfo.az saytında Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi barəsində xəbər yayımlanmışdı. Məlumatda DSMF rəhbərinin öz qohumlarına vəzifə verdiyi iddia olunurdu. Lakin Fondun mətbuat xidməti bu informasiyaların həqiqət olmadığını açıqlayıb və DSMF sədrinin qohumlarına vəzifə verməsi xəbərini təkzib edib.
Bununla bağlı Medianın İnkişafı Agentliyi də öz tövsiyələrini bildirib. Belə ki, Tribunainfo.az saytının rəhbəri Əlişir Əhəd MEDİA-da olub və görüş zamanı informasiyanın dəqiqləşdirilməsi, səhihliyi mövzusu müzakirə edilib. Görüş zamanı diqqətə çatdırılıb ki, hər bir media resursu və onun əməkdaşı əldə etdiyi məlumatı üç mənbədən dəqiqləşdirməli, xəbərdə adı keçən tərəfin mövqeyini öyrənməli, sonra dərc etməlidir. Qurumun səlahiyyətliləri ilə söhbət zamanı Ə. Əhədə bildirilib ki, sözügedən məlumat qurumun rəsmi cavabı olmadan yayımlanıb. Bu da “Media haqqında” qanunun tələblərinin pozulması halıdır.
Baxış sayı:105
Bu xəbər 28 May 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















