Icma.az
close
up
RU
“SBI Markets”: Azərbaycan müsbət investisiya mühiti nümayiş etdirir MÜSAHİBƏ

“SBI Markets”: Azərbaycan müsbət investisiya mühiti nümayiş etdirir MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 fevral, Tamilla Məmmədova, AZƏRTAC

Beynəlxalq ticarət və idarəetmə konsaltinq şirkəti “SBI Markets”in təsisçisi və baş icraçı direktoru Sem Bardenin AZƏRTAC-a eksklüziv müsahibəsini təqdim edirik.

- Cənab Barden, Azərbaycanda investisiya mühitini necə qiymətləndirirsiniz və beynəlxalq investorları cəlb etmək üçün daha nələr edilməlidir?

- Burada cəlbedici investisiya imkanları var. Xarici sərmayə ilə bağlı qanunvericilik dəqiq müəyyən edilmiş və ədalətlidir. İnkişaf etməkdə olan bazar kimi Azərbaycan müsbət investisiya mühiti nümayiş etdirir. Neft-qaz sektorunda güclü iqtisadi bazaya malik olan hökumət çox güman ki, qeyri-neft-qaz sektorunda artımı təşviq edən və ixrac imkanlarını genişləndirən təşəbbüsləri dəstəkləyəcək və bu da öz növbəsində investisiyaların gəlirliliyini artıra bilər.

- Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu nədən ibarətdir?

- Azərbaycan Avropaya ən böyük xam neft tədarükçüləri arasında 10-cu yerdədir. Eyni zamanda, Azərbaycanın neft ixracının 70 faizi Avropaya, qalan 30 faizi isə Asiyaya gedir. Azərbaycan həm də İtaliyaya ən böyük xam neft tədarükçüsüdür ki, bu ölkə də Aİ-də üçüncü ən böyük neft idxalçısıdır. Bu, Azərbaycanın İtaliya üçün strateji əhəmiyyətini göstərir.

- 2025-ci ildə dünyada və Azərbaycanda neftin qiyməti ilə bağlı proqnozlarınız necədir?

- Azərbaycanda neftin qiyməti dünya neft bazarlarından asılı olacaq. Hazırda qlobal bazarda neft qıtlığı yoxdur, lakin qiymət, logistika və təchizatın səmərəliliyini təhrif edən amillər var. Bunlara sanksiyalar, tədarükün kəsilməsi riskləri və xüsusilə Ukrayna və Yaxın Şərqdə, o cümlədən İsrail və İrandakı vəziyyətin gərginləşməsi təhlükəsi daxildir. Bu amillər 2025-ci ildə neft bazarına ciddi təsir göstərə bilər. Uzun müddət neftin qiyməti bir barel üçün 70 dollar civarında idi. Bununla belə, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində qiymətlərin yüksəlməsi müşahidə olunur, çünki onun siyasətləri, xüsusən də Yaxın Şərqdəki qeyri-müəyyənlik möhtəkirləri qısa müddətdə qiymətləri artırmağa sövq edir. Prezident Tramp Ukrayna və İsraildə gərginliyin azaldılmasına kömək edə bilsə və ya heç olmasa münaqişələri pisləşdirməlsə, 2025-ci ildə neftin orta qiyməti çox güman ki, bir barel üçün 75 dollar civarında olacaq.

- 2024-cü ildə Azərbaycan hansı iqtisadi nailiyyətlərə imza atıb?

- 2024-cü ildə Azərbaycanda 4 faizdən çox iqtisadi artım qeydə alınıb - bu, faktdır. Maraqlıdır ki, bu artım neft-qaz sektorunda artımın olmaması fonunda baş verib. İqtisadi inkişafda dövlət xərcləri və investisiyalar mühüm rol oynayıb. 2025-ci ildə iqtisadi tərəqqinin əsas göstəricisi qeyri-neft sektorunun neft sektorunu üstələyən artımı olacaq ki, bu da iqtisadiyyatın şaxələndirilməsini və karbohidrogenlərdən asılılığın azalmasını göstərəcək.

- Kriptovalyutanın Azərbaycan iqtisadiyyatındakı yerini necə qiymətləndirirsiniz?

- Azərbaycanda bank sektoru nisbətən kiçikdir və kriptovalyutaların nüfuzetmə səviyyəsi aşağıdır. Ölkədə rəqəmsal valyutaların inkişafı çox güman ki, regiondakı ümumi tendensiyaları izləyəcək. Qarşıdakı illərdə kriptovalyuta bazarının genişlənəcəyi şübhəsizdir.

- Bərpaolunan enerji mənbələrinin inkişafı Azərbaycan iqtisadiyyatına və beynəlxalq aləmdəki mövqeyinə necə təsir edə bilər?

- Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı potensialı əhəmiyyətli olaraq qalır. Yerli bərpaolunan enerji istehsalı artdıqca, ixrac üçün mövcud təbii qazın payı artır və bu, ölkənin ixracyönümlü iqtisadiyyatını daha da gücləndirir. Eyni zamanda, bu, daxili bazarı bərpaolunan mənbələrlə aşağı karbonlu elektrik enerjisi ilə təmin edir. Bu istiqamətdə mühüm addım Azərbaycanın 2024-cü ilin noyabrında COP29 konfransına uğurla ev sahibliyi etməsi oldu.

- Dayanıqlı enerjiyə keçid kontekstində iqtisadiyyatın hansı sektorları Azərbaycan üçün əsas artım drayverləri ola bilər?

- Azərbaycanda əsas bərpaolunan enerji mənbələri günəş və külək enerjisidir. Ölkə günəş enerjisindən “yaşıl hidrogen” hasil etmək üçün istifadə etməyi planlaşdırır ki, bu da enerjiyə keçid strategiyasının əsas elementi olacaq.

- Qlobal iqtisadiyyat kontekstində Azərbaycanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın coğrafi mövqeyi və strateji əhəmiyyəti onu regionda mühüm oyunçuya çevirir. Rəsmi Bakı İsrailin əsas neft tədarükçüsüdür. Qlobal iqtisadi nöqteyi-nəzərdən Azərbaycan qonşu ölkələr və əsas tərəfdaşlarla qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirməklə “Ticarət vasitəsilə sülh” strategiyasından istifadə edə bilər. Bu, regional əməkdaşlığı və iqtisadi sabitliyi gücləndirə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri