Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycana körpələrdə genetik xəstəlikləri aşkarlamaq üçün yeni testlər gətiriləcək. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və uşaqların icbari dispanserizasiyadan keçirilməsi ilə bağlı tədbirlər çərçivəsində ölkəyə neonatal skrininq testləri idxal olunacaq. Artıq 325 min ədəd müxtəlif adda test sifariş edilib. Maraqlıdır, ümumiyyətlə, ölkədə uşaqlarda genetik xəstəliklərin vaxtında aşkarlanması ilə bağlı durum necədir? Testlərin gətirilməsi, tətbiqi ana və uşaqların sağlamlığına hansı faydaları gətirəcək?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Beş əsas irsi-genetik xəstəlik aşkarlanır"

Mövzu ilə bağlı TƏBİB-dən bildirilib ki, bu testlərin ölkəmizdə tətbiqinin məqsədi yenidoğulmuşlarda irsi xəstəliklərin aşkarlanması və müalicəsi, əlilliyin profilaktikası, ağır klinik fəsadların qarşısının alınması ilə körpə və uşaq ölümünün azaldılmasına nail olmaqdır: "Neonatal skrininq testlərindən olan topuq testi geniş araşdırma tələb edən müayinə üsuludur. Pozitiv nəticə olan yenidoğulmuşlar qan, sidik, hormonal və digər bir sıra müayinələrə cəlb olunmalıdırlar. Nəticəyə uyğun olaraq, aşkar edilən xəstəlik təsdiq və ya inkar olunmalıdır. Neonatal skrininqlər vasitəsilə fenilketonuriya, qalaktozemiya, adrenogenital sindrom, kistik fibroz, anadangəlmə hipotireoz kimi beş əsas irsi-genetik xəstəlik aşkarlanır".

Nəticələr pozitiv olarsa...

Qurumun məlumatına görə, nenonatal skrininqlər zamanı nəticələr pozitiv olarsa, yenidoğulmuşdan ikinci dəfə test ödənişsiz götürülür: "2022-ci ildən icbari tibbi sığorta hesabına topuq testləri yalnız bir mərkəzdə - Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, 2023-cü ildən etibarən isə həm də Yeni Klinikada icra olunmağa başlayıb. Daban testinin nəticəsi pozitiv çıxan yenidoğulmuşların müayinə və müalicəsi, habelə müalicə olunan pasiyentlərin reyestrinin aparılması Respublika Pediatriya Mərkəzində həyata keçirilir. Xəstəliyin vaxtında aşkar olunması müalicənin erkən başlamasına və xəstəliklərin yarada biləcəyi qalıcı fəsadların qarşısının alınmasına xidmət edir".

"Bu sahədə ciddi çətinliklər var idi"

Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Zenfira Mürsəlova deyir ki, uzun illər Azərbaycanda genetik xəstəliklərin erkən aşkarlanması sahəsində ciddi çətinliklər mövcud olub: "Hazırda vəziyyət tamamilə dəyişib. Yenidoğulanların skrininq məsələləri həll olunub və tez-tez rast gəlinən beş əsas xəstəliyin aşkarlanması artıq mümkündür. Neonatal skrininq nəticələrinə əsasən, uşaqların genetik xəstəliklə doğulub-doğulmadığı müəyyənləşdirilir və onların sağlamlığının idarə olunması üçün öncədən planlar hazırlanır. Skrininq nəticələri pozitiv çıxan uşaqların valideynləri ilə mütəxəssislər birbaşa əlaqə saxlayır, xəstəliyin mövcudluğu təsdiq olunduqda onları qeydiyyata alır, ambulator və zəruri hallarda stasionar müalicə təmin edilir".

"İmkanlı ailələrin uşaqları müayinə edilirdi..."

Mütəxəssisin sözlərinə görə, əvvəllər yalnız imkanlı ailələrin uşaqları üçün şübhəli hallarda xaricdə müayinələr aparılır və diaqnoz təsdiq olunurdu. Maddi imkanları məhdud olan valideynlərin uşaqlarında isə belə şübhələr olsa belə, onların genetik xəstəliklərini təsdiq etmək mümkün deyildi: "İndi isə vəziyyət fərqlidir. Məsələn, kistik fibroz kimi xəstəliklər neonatal skrininq vasitəsilə aşkarlanır. Pozitiv nəticə göstərən uşaqlar qeydiyyata alınır, onların sağlamlıq vəziyyətinə nəzarət edilir və müalicə planı hazırlanır. Daban testləri artıq icbari tibbi sığorta çərçivəsində həyata keçirilir, bu da bütün yeni doğulmuş uşaqların erkən diaqnostikası üçün imkan yaradır".

Genetik testlər bahalı olduğundan...

Həmsöhbətimiz əlavə edir ki, hazırda dövlət neonatal skrininq testlərini icbari tibbi sığorta çərçivəsində qarşılasa da, skrininqə daxil olmayan digər genetik xəstəliklərin aşkarlanması hələ ki, dövlət tərəfindən maliyyələşdirilmir: "Çoxsaylı genetik xəstəliklər var ki, onlar yalnız klinik şübhə yarandıqda müayinə olunur. Təəssüf ki, bu genetik testlər bahalı olduğuna görə dövlət tərəfindən qarşılanmır".

"Qohum evliliklərində ehtimal daha yüksəkdir"

Respublika Perinatal Mərkəzin həkim-genetiki Həmidə Abbasova deyir ki, genetik xəstəliklər nəsildən-nəslə ötürüldüyü üçün qohum evliliklərində belə uşaqların doğulma ehtimalı daha yüksəkdir: "Azərbaycanda qohum evliliyinin 60%-dən yuxarı olduğunu nəzərə alsaq, skrininq proqramının ölkəmiz üçün nə qədər vacib olduğu məlum olur. Skrininq çərçivəsində aşkar olunan xəstəliklərin vaxtında aparılan müalicəsi uşaq əlilliyi və ölümünün qarşısının alınmasında başlıca rol oynayır. Yeni testlər sayəsində biz genetik xəstəlikləri daha erkən mərhələdə aşkarlaya biləcəyik. Bu da əlilliyin qarşısının alınmasına, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və dövlətin sosial yükünün azalmasına mühüm töhfə verəcək. Bu baxımdan, sağlam gələcək naminə dövlətimiz tərəfindən atılan bu addım çox sevindirici və təqdirəlayiqdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Oktyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri