“Sea Breeze”də 16 komanda yarışacaq
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
15-16 avqust “Sea Breeze” istirahət mərkəzində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının (FIBA 3×3 World Women’s Series) növbəti mərhələsinin oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 16 milli və klub komandası iştirak edəcək. Siyahıda Azərbaycan, “Neftçi SOCAR”, Niderland, Almaniya, Avstriya, “Madrid” (İspaniya), Latviya, “Yanjinq” (Çin), Çexiya, “Varşava” (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, “Arrasate Ointxe” (İspaniya) təmsilçiləri yer alır.
Turnirdə ilk oyun gününün görüşləri 15 avqustda keçiriləcək və matçlar təsnifat mərhələsi ilə start götürəcək. Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə aparacaq milli komandamız təsnifat oyunlarında iştirak edəcək. Saat 10:00-da millimiz turnirin açılış matçında Ukrayna yığması ilə üz-üzə gələcək, ardından saat 10:50-də Misir yığmasına qarşı qüvvəsini sınayacaq. Günün ikinci yarısında isə əsas qrup oyunlarının həyəcanı başlayacaq.
B qrupunda yer alan “Neftçi SOCAR” ilk matçına saat 15:50-də İspaniyanın “Arrasate Ointxe” klubuna qarşı çıxacaq. Təmsilçimiz qrupdakı digər görüşünü saat 17:40-da Çinin “Yanjinq” komandasına qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri də baş tutacaq.
Baxış sayı:86
Bu xəbər 07 Sentyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















