Səadət İsmayılova rəis təyin edildi
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Bakı Metropoliteni QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinə yeni rəis təyin edilib.
QSC-dən Axar.az-a verilən məlumata görə, bu vəzifə Səadət Faiq qızı İsmayılovaya həvalə edilib.
O, “Bakı Metropoliteni”nə bu ilin may ayında gəlib və QSC sədrinin icraçı ofisinin rəis müavini vəzifəsində çalışıb. Ondan öncə, S.İsmayılova, yəni 2018-2025-ci illərdə Azərbaycan Dəmir Yolları QSC-də Hüquq idarəsinin aparıcı hüquqşünası, Təchizat departamentinin Hüquqi təminat və sənədlərlə iş şöbəsinin rəisi, eləcə də 2020-ci ildən Cəmiyyətin sədr müavininin məsləhətçisi vəzifələrində işləyib.
Əmək fəaliyyətinə 2005-ci ildə başlayan Səadət İsmayılova Ədliyyə Nazirliyinin Kadrlar idarəsində məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışıb, kiçik ədliyyə müşaviri xüsusi rütbəsinə malik olub. O, həmçinin Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə üzrə müəllim kimi fəaliyyət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 08 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















