Icma.az
close
up
RU
Səadət Yusifova: Azərbaycan mədəniyyət mərkəzləri ölkəmizi daha çox tanıdır və sevdirır

Səadət Yusifova: Azərbaycan mədəniyyət mərkəzləri ölkəmizi daha çox tanıdır və sevdirır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 30 may, AZƏRTAC

Azərbaycan Mədəniyyət Mərkəzlərinin yaradılması Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasətə uyğun olaraq diplomatiyanın mədəni komponentinin həyata keçirilməsini özündə ehtiva edir. Ölkəmizi dünyada daha çox tanıtmaq və sevdirmək, mövqeyini möhkəmləndirmək baxımından bu mərkəzlərin rolu böyükdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankarada səfərdə olan Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova söyləyib.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Qazi Universitetində yaradılan “Azərbaycan dilinin tədrisi ocağının” və Azərbaycan dili kurslarının açılışında iştirak edən S.Yusifova bildirib ki, Azərbaycan Mədəniyyət mərkəzləri dövlətimizin “yumşaq gücünü” ehtiva edir.

Onun sözlərinə görə, mədəniyyət bütün dünyada açıla bilməyən qapıları açan faktordur. “Bu baxımdan biz insanların qəlblərini öz mədəniyyətimizlə qazanmağa çalışmalıyıq. Ona görə də yalnız dövlətlər arasında deyil, insanlar arasında da qəlb bağlılığını qurmaq üçün mədəni dialoqa böyük ehtiyac var”, - deyə S. Yusifova bildirib.

Ankara Rəsm və Heykəllər Muzeyində keçiriləcək Mirzə Qədim İrəvaniyə dair “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı ilə bağlı fikirlərini də bölüşən S.Yusifova deyib ki, bu tarixi keçmişimizə bir ekskursiyadır: “Biz göstərmək istəyirik ki, öz irsimizi unutmuruq, tarixi Qərbi Azərbaycan torpaqlarında yaradılan irsi qorumağı bu gün də davam etdiririk”.

S. Yusifova qeyd edib ki, sərgidə Qərbi Azərbaycan torpaqlarında yaradılan mədəniyyətimizin elementlərini nümayiş etdirməklə, öz tarixi keçmişimizə və eyni zamanda gələcəyimizə bağlılığımızı göstəririk. “Keçmişini unudan gələcəyini də qura bilməz. Əslində bu keçmişlə gələcək arasında körpüdür. Bu tədbir irsimizin bizim üçün nə qədər əziz olduğumu göstərməyə hədəflənib və bu yanaşmanı bundan sonra da davam etdirəcəyik”, - deyə nazir müavini vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri