Səbail 1300 manat cərimələndi
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
AFFA İntizam Komitəsi "Səbail" klubunu 1300 manat cərimələyib.
Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "dənizçilər"in evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV turunun matçında yaşananlar səbəb olub.
Paytaxt təmsilçisi azarkeşlərin 62-ci dəqiqədə lazer işıqdan istifadə etməsinə görə 500 manat ödəyəcək. Bakı klubu görüş bitəndən sonra meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat ziyana düşüb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Qarabağ" isə 700 manat cərimələnib. Buna "köhlən atlar"ın 4 oyunçusunun sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılması əsas verib.

