Icma.az
close
up
RU
“Səbail” də “ArazNaxçıvan”a müqavimət göstərə bilmədi

“Səbail” də “ArazNaxçıvan”a müqavimət göstərə bilmədi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Səbail – Araz-Naxçıvan 0:2 (0:1)
1. Hüseynəli Quliyev – 5,0
74. Yusif Nəbiyev (k) – 5,5
3. Dmitri Litvin – 4,5
18. Süleyman Əhmədov – 4,5
20. Mərt Çəlik – 5,0
11. Rüfət Abdullazadə - 5,0
19. Samir Abdullayev – 4,5
(77. Fərid Nəbiyev, 80) – qiymətsiz
8. Qorka Laruçça – 4,5
7. Madi Queta – 4,5
5. Gitay Sofir – 4,5
(83. Nihad Quliyev, 59) – 4,5
14. Suleyman Alluş – 4,5
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
6. Cabir Əmirli
15. Vüsal Məsimov
16. Emin Rüstəmov
36. Azad Əsgərov
Baş məşqçi: Cavid Hüseynov
Komandanın ən yaxşısı: Yusif Nəbiyev
12. Kristian Avram – 5,5
5. Qara Qarayev – 5,5
(24. Mustafa Əhmədzadə, 74) – qiymətsiz
34. Urfan Abbasov (k) – 5,5
3. Bəxtiyar Həsənalızadə - 5,5
2. Slavik Alxasov – 5,5
(17. İssuf Paro, 80) – qiymətsiz
16. Ramon Maçado – 6,5
29. Vanderson Melo – 5,5
14. Miço Kuzmanoviç – 5,0
(23. Nuno Rodriges, 65) – 5,0
4. İqor Ribeyro – 5,5
97. Felipe Santos – 5,5
(7. Ülvi İsgəndərov, 80) – qiymətsiz
10. Bernardo Dias – 6,0
(21. Sezar Meza Kolli, 65) – qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
6. Vadim Abdullayev
26. Ömər Buludov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
71. Sənan Ağalarov
57. Elcan Məmmədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ramon Maçado
Qollar: R.Maçado, 45+2-p. (0:1). B.Dias, 56 (0:2, R.Maçado).
Vərəqələr: D.Litvin, 45 (qeyri-idman hərəkəti). N.Quliyev, 67 (qeyri-idman hərəkəti). M.Çəlik, 75 (qeyri-idman hərəkəti). R.Abdullazadə, 86 (qeyri-idman hərəkəti). U.Abbasov, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: İnqilab Məmmədov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
7 dekabr. Bakı. “ASCO Arena”. 500 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Sonuncu qələbəsini 9-cu turda “Şamaxı” üzərində qazanan “Səbail”in 3 xal həsrətinə “Araz Naxçıvan”la oyunda son qoyacağı heç də inandırıcı görünmürdü. Elmar Baxşıyevin çalışdırdığı komanda “Səbail”lə qarşılaşmaya qədər ardıcıl beş oyunda qələbə qazanmağı bacarmış, bu görüşlərdə qapısını da toxunulmaz saxlamışdı. Belədə “Səbail” üçün “Araz-Naxçıvan”ı büdrətmək heç də asan olmayacaqdı. Elə yekun nəticə də bu ehtimalları doğrultdu, “dənizçilər” bu görüşdə də xalsız qaldı. Bir daha isbat olundu ki, nə “Araz Naxçıvan”ın liderlər qrupunda yer alması təsadüfidi, nə də “dənizçilər”in zirzəmidə “lövbər salması”.

Rəşad Əhmədovun idarə etdiyi oyun sakit tempdə başladı. Hiss etmək çətin deyildi ki, “Araz-Naxçıvan” ehtiyatlı oynamaqla fürsət gözləyir. Meydan sahibləri isə qol vurmaq, “qara zolaqdan çıxmaq” həvəsindəydilər. Elə buna görə də ilk təhlükəli vəziyyəti “Səbail” yaratdı. 7-ci dəqiqəyə qədər naxçıvanlıların qapısı önündə iki təhlükəli vəziyyət yarandı. Birincidə Quetanın zərbəsi hədəfə düşmədi. İkincidə Rüfətin zərbəsi dəqiq olsa da, Avram yerində idi. Bu epizoddan dərhal sonra “Səbail” daha bir sürətli hücum qurdu. Hücum qapıya zərbəylə yekunlaşsa da, Avram yenə də etibarlı oynadı. Rəqibi “dişinə vuran” “Araz-Naxçıvan” tədricən təşəbbüsü ələ almağa başladı ki, belədə “Səbail”in də hücum cəhdləri azaldı. Əvəzində meydan sahiblərinin qapısı qarşısında təhlükəli vəziyyətlərin sayı artdı.
Maraqlıdı ki, “Araz-Naxçıvan” təzyiqi artırmağa başlayan kimi “dənizçilər” oyunun sürətini aşağı salmağa çalışırdılar. 28-ci dəqiqədə “Səbail”in qazandığı aut atışını yerinə yetirmək üçün Alluşa təxminən 100 saniyə lazım oldu. Bu da onun göstəricisi idi ki, meydan sahibləri sürətli oyundan çəkinir, “Araz Naxçıvan”ın hücumlarının qarşısını almaq üçün tempi aşağı salmağa çalışır. Amma bunu etmək mümkün olmadı və fasiləyə qədər hesab açıldı. 41-ci dəqiqədə Rəşad Əhmədov VAR-ın köməyinə ehtiyac duydu. Qonaqların hücumu zamanı topun cərimə meydançasında Mərtin əlinə dəyməsi şübhəsi yarandı. VAR-dan gələn siqnal penaltinin olmadığını bildirincə Əhmədov da oyunu davam etdirdi. Bununla belə növbəti epizodda “Səbail”in qapısına penalti təyin olundu. Özü də Əhmədov bu qərarı VAR-a baxandan sonra verdi. Litvinlə mübarizə zamanı Alxasov yerdə qaldı və hakimlər epizodu penalti kimi qiymətləndirdilər. “Araz-Naxçıvan”ın bombardiri Felipe Santos “nöqtə”yə yaxınlaşsa da, sonradan zərbə vurmaq hüququnu Maçadoya verdi. “16” nömrə bu etimadı doğrultdu və topu tora qovuşdurdu.
Beləliklə, komandalar fasiləyə naxçıvanlıların minimal üstünlüyü ilə yollandı.
Fasilədən sonra da üstünlük qonaqların tərəfindəydi. Topa və meydana inamla nəzarət edən “Araz-Naxçıvan” Bayıldan 3 xalla ayrılmaq üçün hesabı artırmaq həvəsiylə irəli atılırdı. Qonaqlar bu istəyinə 56-cı dəqiqədə çatdı. Bu dəfə Maçado assistent rolunu oynadı. Onun cərimə meydançasına doğru havalandırdığı topu Dias başıyla qapıdan keçirdi. O qədər də qüvvətli olmayan zərbəyə qapıçı Hüseynəli Quliyev müdaxilə edə bilmədi. VAR hakimləri ofsayd şübhəsi ilı təxminən dəqiqəyarım qolu incələdikdən sonra referi mərkəzi göstərdi.
Bundan sonra heç kim “Araz-Naxçıvan”ın qələbəsinə şühbə etmədi. Elmar Baxşıyevin komandasına qol vurmaq heç də asan məsələ deyil. “Səbail”in də bunu bacaracağı inandırıcı görünmürdü. Yeganə fürsət 83-cü dəqiqədə oldu ki, onda da Alluşun qüvvətli zərbəsi “çərçivə”dən aralı keçdi. Beləcə “Araz-Naxçıvan” 2:0 hesablı qələbəyə sevindi və yenidən 1-ci pilləyə yüksəldi.
AMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Dekabr 2024 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see251

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see184

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see137

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see137

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri