Səbail İH və “Sapphire Hotel” məktəbliləri təhlükəyə atır Foto
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Sapphire Hotel” məktəbliləri təhlükəyə atır. Səbail rayon İcra Hakimiyyəti isə bu hala göz yumur.
Tribunainfo.az xəbər verir ki, bu barədə sakinlər məlumat paylaşıblar. Sakinlər bildirib ki, sözügedən otel piyada səkisini tamamilə zəbt edib.
“Bu səki Bayılda 49 nömrəli məktəbə gedən şagirdlərin yoludur. Bayılda fəaliyyət göstərən “Sapphire Hotel” piyada səkisini bağlayaraq özünə terras düzəldib. Bu səbəbdən dərsə gedib-gələn şagirdlər yolun ortasıyla hərəkət etməli olurlar”, – deyə sakinlər bildirib.
Bir müddətdir yaranmış vəziyyətdən əziyyət çəkən sakinlərin sözlərinə görə, dərsə gediş-gəliş zamanı olduqca təhlükli vəziyyət yaranır:
“Demək olar ki, avtomobil yolunun kənarı ilə məktəblilər hərəkət edir. Maşınlar yüksək sürətlə gedir. Narahat oluruq. Bu yolla hərəkət edən hər kəs, xüsusilə məktəblilər təhlükə altındadır. Bədbəxt hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq”.
Sakinlər hesab edir ki, məktəbliləri göz görə-görə təhlükəyə atan piyada səkisini zəbt edən otel və səkinin zəbt edilməsinə göz yuman Səbail rayon İcra Hakimiyyətidir.
Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















