Icma.az
close
up
RU
Səbail in futbolçusu: Təklifləri dəyərləndirmək üçün vaxtım var

Səbail in futbolçusu: Təklifləri dəyərləndirmək üçün vaxtım var

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Təbii ki, komandanın I Liqaya düşməsinə təəssüflənirəm". Bu sözləri Sport24.az-a "Səbail"in futbolçusu Cabir Əmirli deyib.
28 yaşlı cinah müdafiəçisi Bakı təmsilçisinin Azərbaycan Premyer Liqası ilə vidalaşması ilə bağlı fikirlərini bölüşüb:
"İdmanda enişlər və uğurlu dövrlər də olur. "Səbail" nisbətən gənc klub olsa da, avrokuboklarda oynamağa imkan da tapmışdı. İki mövsüm öncə də düşmə zonasında  idik. Amma sonra çempionatda qalmağı bacardıq. Bu dəfə alınmamasına üzülürük".
O, mövsümün böyük hissəsini zədə səbəbindən buraxması barədə danışıb: "Kluba meydanda kömək edə bilməsəm də, mövsüm ərzində komanda yoldaşlarımın yanında olmuşam, dəstəyimi əsirgəməmişəm".
Futbolçu gələcək karyerası barədə bunları söyləyib:

"Hazırda bərpa prosesini yekunlaşdırıb aktiv məşqlərə başlamışam. Bəzi klublardan maraq var. Təklifləri dəyərləndirmək üçün vaxtımın olduğunu düşünürəm. Zədə məni geri salsa da, döyüşkən ruhluyam. Hansı komandada oynayacağımdan asılı olmayaraq meydanda tam gücümü ortaya qoyacağam".
Əmirli "Səbail"də qalmaq ehtimalı barədə də fikirləini bölüşüb: "Son dörd mövsümü bu komandada oynamışam. Artıq mənim üçün doğmalaşıb. Təbii ki, uyğun təklif olsa, müzakirə etməyə hazıram. Mənim üçün əsas olan daimi oyun praktikasıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sport24.az
archiveBu xəbər 30 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri