Icma.az
close
up
RU
Səbail lə Mingəçevir büdrədi, Şəfa liderliyini möhkəmlətdi

Səbail lə Mingəçevir büdrədi, Şəfa liderliyini möhkəmlətdi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 1-3-də keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 4-cü tur da geridə qaldı. Tur çempionluğa iddialılardan "Səbail"lə "Mingəçevir"in büdrəməsi, "Şəfa"nın liderliyini möhkəmləndirməsiylə əlamətdar oldu.

İlk matçda "Şahdağ Qusar" "Mingəçevir"lə heç-heçə etdi. Meydan sahibləri əzmkar oyun göstərərək "nur şəhəri"nin təmsilçisindən xal qoparmağı bacardı. Komanda bunun sayəsində ortabablar sırasında qərarlaşdısa, qonaqlar hədəfindən uzaq düşdü. "Şimal"ın qonağı olan "Səbail" də eyni aqibətlə üzləşdi. "Dənizçilər" 90 dəqiqə ərzində autsayderin - Xaçmaz təmsilçisinin qapısından top keçirə bilmədi. Düzü, "Mingəçevir"lə "Səbail"in arxayınlığın qurbanı olub-olmadıqları bəlli deyil. Ancaq hadisələrin axarı bu kollektivlərin çempionluq yarışından erkən kənarlaşmasıyla nəticələnə bilər. Odu ki, komandaların işə daha məsuliyyətli yanaşmasında fayda var. Növbəti "sülh" "Zaqatala" - "Baku Sportinq" matçında qeydə alındı. Bu komandalar bərabərsəviyyəli oyun keçirdi desək, yanılmarıq. Oan görə ki, 1-ci hissədə meydan sahibləri, 2-ci yarıda qonaqlar əzmkar oyunla yadda qaldı. "Şəfa" - MOİK görüşü liderin böyükhesablı qələbəsiylə nəticələndi. Hüseyn Əliyevin 38-ci dəqiqədə qırmızı vərəqə alması qonaqların planlarını pozdu, "Şəfa"nın işinə yaradı. Belədə fasiləyə heç-heçəylə yollanan meydan sahibləri ikinci yarıda vurduğu üç qolla mövqeyini möhkəmlətdi. Tura dünən keçirilən "Cəbrayıl" - "Difai" matçıyla yekun vuruldu. Autsayderlərin dueli Qarabağ təmsilçisinin böyükhesablı qələbəsiylə nəticələndi. Belədə ağsulular sonuncu pilləyə düşdü. "Cəbrayıl" isə bir qəsər rahat nəfəs ala bilər.
Maraq üçün qeyd edək ki, turun ən çox tamaşaçı toplayan komandası 500 azarkeşlə "Zaqatala" oldu. "Şahdağ Qusar" və "Cəbrayıl"ın ev oyunlarını isə cəmi 20 tamaşaçı izlədi...
1-ci liqa, 4-cü tur
Şahdağ Qusar – Mingəçevir 0:0

Şimal – Səbail 0:0

Zaqatala - Baku Sportinq 1:1
Mətin Qəhrəmani, 22 – Xəyyam Məmmədli, 75.
Şəfa (Bakı) - MOİK (Bakı) 4:1
Nahid Əliyev, 7. Aqil Nəsibov, 51. Amir Ebrahimzade, 64. Tərlan Quliyev, 74 – Seyxan Fərəcov, 23.
Cəbrayıl - Difai (Ağsu) 4:0
Balamirzə Soltanov, 12. Dileyn Açimi, 43. Noh Lobe, 58. Andzuno Eli, 76.
1. Şəfa 4 4 0 0 13-1 12
2. Səbail 4 3 1 0 6-1 10
3. Baku Sportinq 4 2 2 0 10-6 8
4. Mingəçevir 4 2 1 1 5-3 7
5. Zaqatala 4 2 1 1 3-5 7
6. Şahdağ Qusar 4 1 1 2 4-6 4
7. Cəbrayıl 4 1 0 3 5-7 3
8. Şimal 4 0 2 2 2-7 2
9. MOİK 4 0 1 3 3-8 1
10. Difai 4 0 1 3 3-10 1
Bombardirlər: Ruslan Vorontsov (Şahdağ Qusar), Emin Zamanov, Amin Ebrahimzadə (hər ikisi "Şəfa") - 3.
Növbəti turun oyunları oktyabrın 16-17-də keçiriləcək: MOİK - Cəbrayıl, Baku Sportinq - Şəfa, Səbail - Zaqatala, Mingəçevir - Şimal, Difai - Şahdağ Qusar.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri