Icma.az
close
up
RU
Səbail lisenziya şərtlərini pozur? AFFAdan açıqlama

Səbail lisenziya şərtlərini pozur? AFFAdan açıqlama

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Səbail"in Müşahidə Şurasının keçmiş üzvü İxtiyar Asyabi klubun fəaliyyətini tənqid edərək bir çox faktların üstünü açıb. "Futbolinfo.az" saytına danışan Asyabi xüsusilə maliyyə saxtakarlığına toxunub: “Deməli, bunlar yeni işçi ştatı cədvəli tutdular. Ən maraqlısı bu idi ki, baş mühasib həm mühasibat işlərini aparırdı, həm də buna əlavə yeni ştat vermişdilər: satınalma şöbəsinin rəisi. Halbuki hüquqi tərəfdən bu ştatlar bir adamın əlində cəmlənə bilməz. Nəyə görə? Necə olur ki, eyni şəxs həm mühasibat işlərini görür, həm də müqavilə bağlayıb buradan həmin pulları köçürür? Yəni klubun mühasibi ilk növbədə özü-özü ilə müqavilə bağlamışdı”.

Qarşı tərəf Asyabinin ittihamını cavablandırarkən "mühasib məsələsi"ni belə izah etməyə çalışıb: "Klubun ştat cədvəli, baş mühasib və sair bu səpkili iddialar absurddur. Çünki klubumuzda baş mühasib ştatı mövcud deyil, maliyyə-mühasibatlıq işləri müqavilə əsasında kənar şirkət tərəfindən aparılır". 

Özünə peşəkar deyən klubun mühasibinin olmaması maraqlı gəldi. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Bayıl təmsilçisinin cavabı nəinki qaranlıq mətləbə aydınlıq gətirir, əksinə ortaya yeni sual çıxarır. Axı lisenziyalaşdırma tələbləri, bu qaydalarda maliyyə ilə bağlı bənd var. "Səbail" maliyyə şərtlərini pozmurmu? Lisenziyalaşma şərtlərinə göz atdıqdan sonra AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisinə əvvəlcə konkret sualla müraciət etdik: "Premyer Liqa klubunda mühasib ştatının olması vacibdir?" Məmmədov əvvəl "mütləq olmalıdır" dedi, sonradan söhbətin "Səbail"dən getdiyini bilib "bir-birimizi anlamadıq" deyərək fikirlərinə düzəliş etdi. Onun məsələ ilə bağlı mövqeyi belə oldu: "Sualınızı düzgün anlamadım. Söhbət ştatdan getmir, əməkdaşdan gedir. Hansı ki, maliyyə ilə məşğul olan ixtisaslı, diplomlu əməkdaşı olmalıdır. Klub seçim edə bilər, ya kənardan mütəxəssis cəlb etməlidir, ya da özündə ştat açmalıdır. Nəinki AFFA, UEFA belə buna məhdudiyyət qoymur. Çünki bəzən kiçik klublar UEFA yarışlarında iştirak edirlər. Onların ştatları da bizim klublardakından qat-qat aşağıdır. Ona da UEFA tələb qoymur ki, istədiyi bütün ştatlar tam olsun. "62-ci maddə" kənardan işçi cəlb etməyə imkan verir. Buna görə də "Səbail"i və ya bu üsuldan istifadə edən hansısa digər klubu cəza gözləmir. Çünki onlar bizə xidmət təminatçısı ilə aralarındakı müqaviləni təqdim edirlər. Həmin əməkdaşın sənədini, diplomunu bizə göndərirlər. Belədə meyar yerinə yetirilmiş olur". 

Rafael

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://fanat.az
archiveBu xəbər 05 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri