“Səbail” qələbəyə layiq idi
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən tur “Turan Tovuz”u darmadağın edən “Kəpəz” şənbə günü “Səbail”ə minimal hesabla uduzdu. Bu məğlubiyyət “Kəpəz”i sonuncu pilləyə yuvarladı.
“Dənizçilər” gəncəliləri geridə qoysalar da, komandalar arasında xal fərqi 1-ə bərabərdi.
Görəsən, “Kəpəz” “Səbail”ə qarşı niyə zəif oynadı? Bəlkə “Turan Tovuz” üzərindəki qələbə onlarda eyforiya yaradıb? Bu sualları təcrübəli mütəxəssis Arif Əsədova ünvanladıq:
“Kəpəz”in “Turan Tovuz” üzərindəki qələbədən sonra eyforiyaya qapıldığını düşünmürəm. “Səbail” yaxşı oyun göstərdi. Artıq bu təsadüf deyildi. Komanda ötən tur Sumqayıt səfərində də yaxşı oyun nümayiş etdirmişdi. “Səbail”ə bir qədər inam gəlib. “Kəpəz”də yaxşı bilirdi ki, bu, 6 xallıq bir oyundu. Burda hansısa boşluqdan söhbət gedə bilməz. Belə oyunlarda hansı komanda tez qol vurursa, o da üstünlük əldə edir. “Səbail” qələbəyə layiq idi”.
ƏSƏD SEYİDOV
Baxış sayı:117
Bu xəbər 31 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















