Icma.az
close
up
RU
Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilib FOTO

Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilib FOTO

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 22-də Səbail Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.

APA xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, bələdiyyə sərdləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və SİƏD üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon ərazisində xüsusi Qərargah yaradıldığını, eyni zamanda, rayonun idarə və müəssisələrdə, kommunal xidmət sahələrində mövsümə hazırlıqla bağlı Tədbirlər planının təstiq olunduğunu bildirib, 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Eyni zamanda şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı bütün təsərrüfat obyektlərində, eyni zamanda elm, təhsil və səhiyyə müəssisələrində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi, yarana biləcək çatışmazlıqların aradan qaldırılması üçün operativ işlərin aparılması və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyyə və tapşırıqlarını diqqətə çatdırıb.

Tədbirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili, eləcə də yaşayış binalarında istilik sistemlərinin payız-qış mövsümünə hazırlıq səviyyəsinin araşdırılması və texniki vəziyyətinin aidiyyəti təşkilatlarla birlikdə işlək vəziyyətə gətirilməsi, rayonun küçə və prospektlərində yağış barmaqlıqlarının tutulmasına səbəb olan tullantıların qarşısını almaq məqsədilə müvafiq tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi, yağış barmaqlıqlarının su götürmə vəziyyətinin təhlil olunması, su toplanmasına səbəb olan amillərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Müşavirənin sonunda rayon təsərrüfatının 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr aparılmış, bir sıra məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri