Səbail Rüfət Abdullazadənin Xorvatiya klubuna keçidindən nə qədər qazanıb? TƏFƏRRÜAT
Fanat saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, “Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək. 24 yaşlı hücumçu “Varajdin” klubunda forma geyinəcək. HNL təmsilçisi Rüfətlə 3 illik müqavilə imzalayıb.
Fanat.Az Abdullazadənin Xorvatiya klubuna keçidi ilə təfərrüatları öyrənib.
Əldə etdiyimiz məlumata görə, hələ qışda "Ərzurumspor"un Rüfətlə bağlı təklifini geri çevirən "Səbail" bu transferdən 60 min manat qazanıb. Məsələ burasındadır ki, həmin məbləği Xorvatiya tərəfi yox, futbolçu özü klub rəhbərliyinə verərək "Varajdin"ə azad agent kimi yollanıb.
Qeyd edək ki, Abdullazadə “Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçib və anlaşması gələn yay başa çatacaqdı.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 01 Avqust 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















