“Səbail”də məşqçi dəyişikliyi: Adil Şükürov göndərildi, yerinə təyinat da gerçəkləşib
Icma.az bildirir, sport24.az portalına istinadən.
Birinci Liqa təmsilçisi "Səbail" baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı qərar ötən gün keçirilən klubdaxili iclasda qəbul olunub. Məlumata əsasən, klubun yeni rəhbəri Mirzə Bayrampur Adil Şükürovun komandada fəaliyyətini davam etdirməsini məqsədəuyğun hesab etməyib.
Bununla yanaşı, "Səbail"in yeni baş məşqçisinin də adına aydınlıq gəlib. Komandaya son mövsümdə "Şahdağ Qusar"ı çalışdırmış Elnur Abdullayev rəhbərlik edəcək. Tərəflərin artıq razılığa gəldiyi, təyinatın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, ötən mövsüm Birinci Liqada qarşısına çempionluq hədəfi qoyan "Səbail" yekunda 3-cü yeri tutub.
Bu mövzuda digər xəbərlər:Adil Şükürov “Səbail”dən ayrılacaq?
28 May 2026 10:10
Adil Şükürov rəsmən “Kəpəz”də
10 İyun 2025 17:59
Səbail Adil Şükürov ilə ilk məşqinə çıxdı Şəkillər
30 Noyabr 2025 18:58
Adil Şükürov “Səbail” PFK nın baş məşqçisi təyin edilib
29 Noyabr 2025 20:07
Adil Şükürov: “Səbail”lə müqaviləni uzatmaq planım yox idi
18 İyun 2026 14:36
Baxış sayı:136
Bu xəbər 18 İyun 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















