Icma.az
close
up
RU
Səbaildə yerləşən doqquz mərtəbəli binanın qəsdən yararsız hala salınması davam edir ŞİKAYƏT

Səbaildə yerləşən doqquz mərtəbəli binanın qəsdən yararsız hala salınması davam edir ŞİKAYƏT

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması işləri davam etdirilir.

Bu barədə Oxu.Az-a şikayət ünvanlayan sakinlər məlumat veriblər.

Sakinlər iddia edirlər ki, yaşayış binasının 3-cü mərtəbəsində 10-12 il əvvəl köçüb gedənlərin mənzillərinin açarları Səbail Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən əldə olunub:

"İH-nin əməkdaşları əvvəllər burada yaşamış, lakin hazırda mənzildə qalmayan sakinlərin açarlarını əldə edib, həmin mənzillərin qapılarını, pəncərələrini söküb aparıblar. Eyni zamanda, mənzillərin daxilində söküntü işləri aparıblar, su borularını dağıdıblar deyə aşağı mərtəbədə yaşayan sakinlərin evlərinə su axır. Biz onların binanın kənarında, qeyri-yaşayış sahəsindəki sökdükləri konstruksiyaları və binanın özünü təmir etmələrini gözləyərkən onlar öz söküntü işlərini davam etdirirlər. Halbuki bu məsələ işıqlandırıldıqdan sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən binada aparılan söküntü işlərinin dayandırılması ilə əlaqədar tapşırıq verilmişdi".

Sakinlər binanın təmir olunmasına qədər polis nəzarətinin gücləndirilməsini istəyirlər:

"Binada söküntü işlərini aparanlar nə qanun, nə də kimisə sayırlar. Verilən tapşırığı icra etməyən şəxslər gecə vaxtı binada hər hansı təxribat da törədə bilərlər. Buna görə də bina təmir edilənə qədər ərazidə polis nəzarətinin gücləndirilməsini istəyirik".

Xatırladaq ki, mayın 12-də Oxu.Az-a müraciət edən sakinlər bildirmişdilər ki, yaşadıqları bina bilərəkdən yararsız hala salınır, metal konstruksiyalar sökülərək daşınır, su xətləri qəzalı vəziyyətə gətirilir. Sakinlər sözügedən binanın sökülməsinə qarşı olmadıqlarını qeyd etmişdilər, lakin bina söküldükdən sonra yerində inşa olunacaq yeni binada sahib olduqları mənzilin dəyərində yeni mənzillə təmin olunmalarını tələb ediblər.

Qeyd edək ki, sözügedən məsələ işıqlandırıldıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan şəhərsalma monitorinqi nəticəsində müəyyən edilib ki, Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən və birinci mərtəbədəki qeyri-yaşayış sahələrinə ziyan dəymiş binada sökülmə işləri aparılır.

Göstərilən ünvanda binanın sökülməsinə icazə verilməyib, həmçinin heç bir layihə sənədi təsdiq olunmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməyib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mövcud qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq rayon icra hakimiyyəti orqanına (Səbail Rayon İcra Hakimiyyəti - müəllifin qeydi) və digər səlahiyyətli strukturlara məlumat verib.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri