Icma.az
close
up
RU
Səbaildə yoxa çıxan milyonlarla bağlı rəsmi açıqlama: 10 milyon həqiqəti əks etdirmir

Səbaildə yoxa çıxan milyonlarla bağlı rəsmi açıqlama: 10 milyon həqiqəti əks etdirmir

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Publika.az saytında “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin milyonları: “Səbail”də necə və kimlərin əli ilə yoxa çıxır?” başlıqlı yazı dərc olunub.

“Səbail”in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov bizimlə əlaqə saxlayaraq, yazıya münasibət bildirib. Klub rəsmisinin açıqlamasını olduğu kimi təqdim edirik:

“Səbail” klubu ilə bağlı saytınızda yer almış “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin milyonları: “Səbail”də necə və kimlərin əli ilə yoxa çıxır?” başlıqlı yazı ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istəyirik.

Əvvəla, klubun büdcəsi ilə bağlı qeyd olunmuş 10 milyon rəqəmi birmənalı şəkildə həqiqəti əks etdirmir və müvafiq olaraq, ASCO-nun kluba guya 7 milyon manat vəsait ayırması da doğru məlumat deyil. “Səbail” PFK-ya məxsus stadion və bazanın olması da yanlış informasiyadır. Çünki klubumuzun ev oyunlarının və məşqlərinin keçirildiyi stadion Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına məxsusdur və “Səbail” həmin arenadan icarə əsasında istifadə edir.

Transferlərin guya yalnız icraçı direktor və idman direktoru tərəfindən həyata keçirilməsi, yazıda göstərildiyi kimi hər 6 aydan bir çox sayda futbolçunun klubdan göndərilməsi və onların əvəzinə yeni oyunçuların cəlb olunması da həqiqətdən çox-çox uzaq iddiadır. Ən azı ona görə ki, transfer xəbərləri ictimaiyyət üçün kifayət qədər açıq məlumatdır və dövri mətbuatı izləməklə bu mövzuda informasiyaları rahatlıqla əldə etmək olar.

Ötən mövsüm başa çatdıqdan sonra “Səbail” PFK-nı tərk edən əksər futbolçuların klubdan gedişinin səbəbi klubumuzla müqavilə müddətinin başa çatması və Niderland, Polşa, Rumıniya, İsrail və s. ölkələrin çempionatlarında çıxış edən klublardan daha sərfəli müqavilə təklifləri almaları olub.

Heyəti tərk edən digər futbolçular isə baş məşqçi onların xidmətində maraqlı olmadığına görə “Səbail”dən ayrılıblar. Eyni zamanda, bir faktı da qeyd etmək vacibdir ki, “Səbail” PFK-da heç bir futbolçu baş məşqçinin istəyi və təsdiqi olmadan heyətə cəlb olunmur/olunmayıb və ya heyətdən çıxarılmır/çıxarılmayıb. Başqa sözlə, klubda hər hansı digər vəzifə tutan şəxs(lər) transferlərlə bağlı yekun qərar vermək səlahiyyətinə malik deyil. Komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin guya transferlərin uğursuzluğu fonunda “qurbana çevrilməsi” iddiasında da həqiqət payı tamamilə yoxdur. İctimaiyyətə də məlum olduğu kimi, “Kəpəz” komandası ilə qarşılaşmada qeydə alınmış məğlubiyyətdən sonra Şahin Diniyev öz istəyi ilə istefa verərək “Səbail” PFK-da tutduğu vəzifədən ayrılıb".

Publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://publika.az
archiveBu xəbər 09 Dekabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri