Icma.az
close
up
RU
“Səbail”dən ayrılan mütəxəssis: “İndiki məqamda belə bir addım atmaq lazım idi”

“Səbail”dən ayrılan mütəxəssis: “İndiki məqamda belə bir addım atmaq lazım idi”

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanın I Liqasında çıxış edən "Səbail"in baş məşqçi postundan istefa verən Elvin Məmmədov indiki məqamda belə bir addımın lazım olduğunu bildirib.

Mütəxəssis "Səbail"in cari mövsümdəki çıxışı haqqında da fikirlərini bölüşüb.

"İndiki məqamda belə bir addım atmaq lazım idi. Mövsümə pis başlamamışdıq. Bəzi məqamlarda xallar itirdik ki, bu da normaldır. Futbolda qaçılmaz anlar var. Oyunlarda çox qol vəziyyətləri yaradırdıq, sadəcə, onlardan istifadə edə bilmirdik. Bu, məni çox qayğılandırırdı. "Cəbrayıl"la matçda da xeyli qol vəziyyətləri yaratdıq. Amma 5 metrdən qapıya "düşə" bilmirsənsə, deməli, nələrisə dəyişmək lazımdır", - deyə o, "Report"-a açıqlamasında deyib.

Sabiq yarımmüdafiəçi klub rəhbərliyi ilə heç bir problem yaşamadığını vurğulayıb:

“Rəhbərliklə tam səmimiyyətlə razılaşdıq, ayrıldıq. Belə dönəmdə nələrisə dəyişmək üçün bu addım atılmalıdır. Bir-birimizi anladıq. Liderlə arada 5 xal fərqimiz var idi. Durumu düzəltməyə çalışdım. Öz yolumuz var və buna da davam etmək istəyirik. Getdiyimiz yol nə qədər düz və ya səhvdir, bu, başqa mövzudur. Amma ən azı futbol oynamağa çalışırdıq, nələrisə öyrətmək istəyirdim. Xeyrilisi nədirsə, o da olsun”.

O, məşqçi kimi inkişaf etmək istədiyini söyləyib:

“Bu yola girmişəmsə, məqsədim inkişaf etməkdir. Böyük ambisiyam yoxdur. Onsuz da məndən yaxşı məşqçilər də istefa verib və ya yola salınıb. Məşqçiliyə yeni başlamışam. Bu baxımdan heç bir problem yoxdur. Hər şeyi ölçüb-biçirəm. İşim, yolum budur. Məşqçiliyə davam etmək istəyirəm. Hər şey mənim üçün böyük bir təcrübədir. Yəqin ki, təkliflər olacaq və seçim edəcəyəm”.

Qeyd edək ki, E.Məmmədov ötən gün qarşılıqlı razılıq əsasında “Səbail”dən ayrılıb. Komanda hazırda I Liqanın turnir cədvəlində 18 xalla ikincidir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri