Icma.az
close
up
RU
“Səbail”in qapıçısı: “Ancaq qələbə haqda fikirləşirik”

“Səbail”in qapıçısı: “Ancaq qələbə haqda fikirləşirik”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Səbail” ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”a 1:3 hesablı məğlub oldu.

İlk matçda da 0:1 hesabla uduzan “dənizçilər” bu mərhələdə mübarizəni dayandırdı.

Bayıl təmsilçisinin qolkiperi Hüseynəli Quliyev “FutbolPress”ə açıqlama verərək, matçdan gözləntilərini bölüşdü:

– Oyunun çox çətin keçəcəyini bilirdik. Çünki rəqibimiz güclü “Qarabağ” idi. Görüşə maksimum köklənmişdik. Elə gözlədiyimiz kimi də çətin matç oldu. İlk növbədə uşaqları təbrik edirəm, çox yaxşı mübarizə apardılar. 2 qol vura bildik, amma 2-ci qolumuz sayılmadı. Belə düşünürəm ki, o epizodda nə var idisə elə hakimlər özləri bildi. Yenə də 2 qol vura bildik. Bu bizi sevindirir. Çünki 4 oyun idi ki, qol vura bilmirdik.

– Həmin sayılmayan qolunuzun epizodun təkrarına baxdın?
– VAR-da oturanlar baxıblar. Yəqin ki, ofsayd idi, onlar da bu qərarı verdilər.

– Növbəti matçınız “Şamaxı”ya qarşı və elitada qalmaq yolunda əsas rəqiblərinizdən biridir…
– Bəli, bizim üçün əsas matç “Şamaxı”ya qarşıdır. Bu oyun ona görə də rotasiyalar oldu. Bunun əsas səbəbi də “Şamaxı” ilə matçın hazırlığıdır. İnşallah ki, ancaq qələbə haqda fikirləşirik.

– Məşqçiniz Elvin Məmmədov, həmçinin bundan öncə baş məqşçiniz Cavid Hüseymov da bildirir ki, komandada qış fasiləsindən sorna artım var. Bu artım nədən irəli gəlir?
– Qış hazırlığımızı yaxşı keçdiyimizi düşünürəm. Komanda daha çox bir yerdə oldu. “Qarabağ”ı çıxsaq, digər rəqiblərə qarşı yaxşı oynamışıq. Xüsusən də müdafiədə daha yaxşı təsir bağışlamışıq. Bəzi oyunlarımızda Əlirza Müştəbazadə, bəzi oyunlarda da mən durmuşdum qapıda. Komandanın bir-birinə uyğunlaşdığını düşünürəm.
– Yüzdəyüzlük bir qol epizodu oldu. Hansı ki, Nəriman Axundzadə vurdu və sən dəf etdin. O qurtarışda bəxtin gəitrdi, yoxsa hesablama aparmışdın?
– Futboldur. Olmazdı elə, olardı belə. Şükürlər olsun ki, qol olmadı.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Fevral 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri