Icma.az
close
up
RU
“Səbail”in yeni transferi: “Liderlik rolunu məmnuniyyətlə qəbul edirəm”

“Səbail”in yeni transferi: “Liderlik rolunu məmnuniyyətlə qəbul edirəm”

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Əslində bir neçə təklif var idi. Amma “Səbail”in layihəsi, baş məşqçi Elvin Məmmədovun mənə olan münasibəti və rəhbərliyin göstərdiyi etimad qərar verməyimdə həlledici oldu. Klubla aparılan danışıqlardan sonra burada faydalı olacağıma inandım. Çünki “Səbail”in hədəfləri ilə şəxsi məqsədlərim üst-üstə düşür”.

İdman.biz xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in yeni transferi Səbayıl Bağırov bildirib.

30 yaşlı müdafiəçi komandanın qarşıdakı hədəflərindən danışıb: “Əsas məqsədim komandaya maksimum fayda vermək, meydanda liderlik göstərmək və klubun Premyer Liqaya qayıdışına töhfə verməkdir. Öz performansımla həm komanda daxilində, həm də çempionatda diqqət çəkən oyunçulardan biri olmağa çalışacağam. Elvin müəllimin və rəhbərliyin mənə göstərdiyi etimadı doğruldub, çempionluq uğrunda mübarizə aparacağıq. Bu inam və birliklə məqsədimizə çatacağımıza əminəm. Meydanda məsuliyyəti üzərimə götürməyi sevirəm və liderlik rolunu da məmnuniyyətlə qəbul edirəm. Əsas hədəfim stabillik, əzm və komandanı irəli aparacaq çıxışlardır”.

Bağırov “Şamaxı” ilə yollarını ayırmasına da toxunub: “Futbol hərəkətdə olan bir sahədir və bəzən yolların ayrılması təbiidir. “Şamaxı” ilə qarşılıqlı anlaşma əsasında ayrıldıq. Komandanın azarkeşləri və şəhər möhtəşəmdir. Orada gözəl dostlar qazandım və şəhər mənim üçün hər zaman unudulmaz olaraq qalacaq. Həqiqətən dəyərli xatirələrim var. Orada keçirdiyim müddət üçün minnətdaram, amma artıq yeni səhifə açılıb və diqqətim tam olaraq “Səbail”dədir”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri