Sebastian Lekornu Fransanın yeni Baş naziri təyin olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Paris, 9 sentyabr, AZƏRTAC
Fransa siyasi səhnəsində növbəti dəyişiklik baş verib. Prezident Emmanuel Makron rəsmi olaraq Sebastian Lekornu yeni Baş nazir təyin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Yelisey Sarayı yayıb. Fransanın keçmiş müdafiə naziri olan Lekornu 2017-ci ildən hökumətdə təmsil olunur və Makronun yaxın müttəfiqlərindən sayılır.
Qeyd edək ki, keçmiş Baş nazir Fransua Bayrun istefa verib.
Yelisey Sarayının yaydığı bəyanatda bildirilir ki, Makron yeni Baş nazirdən parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparmağı, dövlət büdcəsinin qəbuluna və qarşıdakı aylar üçün vacib qərarların verilməsinə dair razılaşmalar qurmağı istəyib.
Yeni təyinat müxalifət tərəfindən kəskin tənqid edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 Sentyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















