Icma.az
close
up
RU
Səbinə Əliyeva Maltanın Prezidenti ilə görüşüb

Səbinə Əliyeva Maltanın Prezidenti ilə görüşüb

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Malta Respublikasında "Mürəkkəb dövrdə yaxşı idarəçiliyin dəstəklənməsi: Ombudsmanın rolu" mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Bu barədə 525.az-a  Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Maltanın dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil etik idarəetmə və yaxşı idarəçilik prinsiplərinin gücləndirilməsinin müasir dövrdə ictimai etimadın qorunması baxımından aktual məsələlərdən biri olduğunu qeyd edib.

Ombudsman çıxışında idarəetmə etikasının gücləndirilməsinin dövlət orqanlarının fəaliyyətinə ictimai etimadı möhkəmləndirdiyini və yaxşı idarəçiliyin davamlılığını təmin etdiyini bildirib. O, idarəetmə etikası ilə birlikdə qanunun aliliyi və insan hüquqlarına hörmət anlayışlarının həyata keçirilməsinin təşviqinin Ombudsman təsisatlarının əsas fəaliyyət istiqamətlərindən olduğunu da vurğulayıb.

Müvəkkil ölkəmizdə işgüzar idarəetmə etikası və yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu və Azərbaycan Ombudsmanının müvafiq istiqamətdə ardıcıl fəaliyyət göstərdiyini, dövlət proqramlarında, milli fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə mandatı çərçivəsində töhfə verdiyini söyləyib.

Ombudsman illik məruzəsində, habelə aidiyyəti dövlət qurumlarına təqdim olunan sorğu, təklif və tövsiyələrində idarəetmə etikasının inkişafı məqsədilə tamlıq, şəffaflıq və yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımların öz əksini tapdığını vurğulayıb.

Səbinə Əliyeva müasir dövrdə qloballaşmanın və texnologiya sahəsinin, xüsusilə süni intellektin inkişafının idarəetmə etikasının təmin edilməsini daha da aktuallaşdırdığını bildirib. Ombudsman bu çağırışlara adekvat cavab olaraq rəqəmsal resurslardan geniş istifadə etməklə, ictimaiyyətin məlumatlandırılması və vətəndaşların müraciət imkanlarının asanlaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Malta Respublikasının Prezidenti xanım Miriam Spiteri Deboni Ombudsman Səbinə Əliyevanı və konfransın digər iştirakçılarını qəbul edib.

Ombudsman, eyni zamanda, konfransda iştirak etmiş rəsmi şəxslərlə görüşlər keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri