Səbinə Hacıyeva: Tarixi irsin mühafizəsi ilə müasir inkişafın ahəngdar şəkildə uzlaşdırılması vacibdir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 may, AZƏRTAC
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə insanların yaşayışı üçün müasir şəraitin yaradılması istiqamətində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni kənd və yaşayış məntəqələri salınır, infrastruktur müasir standartlara uyğun şəkildə qurulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin və inklüziv şəhər reqenerasiyasının yenidən düşünülməsi” mövzusunda keçirilən panel sessiya zamanı deyib.
O diqqətə çatdırıb ki, bu prosesdə yerli əhalinin ehtiyacları əsas götürülür və onların yeni mühitə uyğunlaşması nəzərə alınır. “Məqsəd odur ki, həyata keçirilən dəyişikliklər cəmiyyət tərəfindən qəbul edilsin və sosial uyğunluq təmin olunsun. Əsas yanaşma balansın qorunmasıdır —tarixi irsin mühafizəsi ilə müasir inkişafın ahəngdar şəkildə uzlaşdırılması vacibdir”,- deyə Səbinə Hacıyeva əlavə edib.
Müxbir - Fidan Əlizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 20 May 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















