Icma.az
close
up
RU
Səbinə Salmanova: “Azərbaycanın türk dünyasında rolu artıb”

Səbinə Salmanova: “Azərbaycanın türk dünyasında rolu artıb”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu getdikcə artır. 

Xüsusilə ortaq tarixə, mədəniyyətə, dilə və strateji maraqlara malik dövlətlərin birlik modeli artıq yalnız siyasi platforma deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar əməkdaşlığın mühüm mexanizminə çevrilib”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O bildirib ki, bu baxımdan Türk Dövlətləri Təşkilatı son illərdə qlobal və regional siyasətdə təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq institutlardan biri kimi çıxış edir:

“Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri və Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı da məhz bu baxımdan xüsusi siyasi və strateji əhəmiyyət daşıyır.

Bu səfər yalnız diplomatik hadisə deyil, eyni zamanda Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi platforma kimi tarixə düşür”.

Onun sözlərinə görə, son illərdə Azərbaycanın türk dünyasında oynadığı rol nəzərəçarpacaq dərəcədə artıb:

“Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və prinsipial xarici siyasət nəticəsində Azərbaycan Türk Dövlətləri Təşkilatında aparıcı mövqeyə malik ölkələrdən birinə çevrilib.

Azərbaycan hər zaman türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsini xarici siyasətinin mühüm istiqamətlərindən biri hesab edib. Ölkəmizin təşəbbüsü ilə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. 

Xüsusilə Azərbaycanın coğrafi mövqeyi türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm üstünlük yaradır. Şərqlə Qərbi birləşdirən strateji tranzit imkanları ölkəmizi regional əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.

Dövlət başçımızın qeyri-rəsmi Zirvə görüşündə qeyd etdiyi kimi, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”.

S.Salmanova qeyd edib ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ənənəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında reallaşıb:

“Tədbirdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev də bu məsələyə toxunaraq qeyd etdi ki, sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq ənənəyə çevrilir.

Ötən il isə bu tədbir Macarsıtanda baş tutub və estafet bu il Qazaxıstana ötürülüb. Qardaş ölkənin Türküstan şəhərində keçirilən bu ilki qeyri-rəsmi Zirvə görüşü də yüksək təşkilatçılığı ilə seçildi. Qazaxlstanın tədbirə ciddi hazırlıq görməsi türk dövlətləri arasında əməkdaşlığa verilən önəmin göstəricisidir.

Zirvə görüşünün Türküstan kimi qədim və müqəddəs məkanda keçirilməsi isə xüsusi rəmzi məna daşıyır. Türküstan türk dünyasının ortaq mənəvi irsinin, tarixi yaddaşının və mədəni kimliyinin mühüm mərkəzlərindən biridir.

Belə bir məkanda keçirilən görüş türk dövlətlərinin ortaq keçmişə hörmətinin, eyni zamanda ortaq gələcək qurmaq iradəsinin ifadəsidir”.

Parlamentari onu da vurğulayıb, Azərbaycanla Qazaxıstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib:

“Xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi bu münasibətlərin dinamik inkişafını aydın şəkildə nümayiş etdirir. Son 5 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qazaxıstana səkkizinci səfərin həyata keçirilməsi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən isə Azərbaycana altı dəfə səfər edilməsi iki ölkə arasında siyasi dialoqun davamlı və sistemli xarakter daşıdığını göstərir.

Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə isə Azərbaycan–Qazaxıstan əlaqələrini rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldərək, qarşılıqlı etimadın və siyasi iradənin hüquqi-siyasi əsasını daha da möhkəmləndirib. 

Bu sənəd iqtisadi, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb.

Hazırda iki ölkə arasında münasibətlər Xəzər regionunda sabitlik və inkişafın mühüm dayaqlarından biri kimi çıxış edir. Xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, enerji resurslarının ixracında koordinasiyalı fəaliyyət və ticarət dövriyyəsinin artırılması Azərbaycan–Qazaxıstan əməkdaşlığının praktiki nəticələrini daha da gücləndirir.

Eyni zamanda, mədəni-humanitar sahədə həyata keçirilən layihələr xalqlar arasında tarixi dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. 

Bütün bu amillər göstərir ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır, həm də geniş Türk dünyasının inteqrasiyasına və regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri