Icma.az
close
up
RU
Səbinə Salmanova: “Azərbaycanla Özbəkistanı yalnız ortaq maraqlar deyil...”

Səbinə Salmanova: “Azərbaycanla Özbəkistanı yalnız ortaq maraqlar deyil...”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi bir daha onu sübut edir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədə inkişaf edir”. 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O bildirib ki, bu əlaqələr həm də regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynayır: 

“Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər ölkələrimiz arasında qarşılıqlı etimadın və ortaq maraqlara əsaslanan əməkdaşlığın nə qədər dərinləşdiyini növbəti dəfə nümayiş etdirir, həmçinin gələcək illərdə əlaqələrin daha da güclənəcəyinin aydın mesajını verir”.

Deputat qeyd edib ki, Azərbaycanla Özbəkistanı yalnız ortaq maraqlar deyil, həm də dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir: 

“Hər iki xalq Türk dünyasına mənsubdur, ortaq dil, din, adət-ənənə və dəyərlərə malikdir. Bu amillər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə diplomatik deyil, həm də qardaşlıq və strateji müttəfiqlik xarakteri daşıyır.

Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivliyi əlaqələrimizin rekord səviyyədə inkişaf etdiyini sübut edir. Şübhəsiz ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bu gün ən yüksək səviyyəyə çatmasında dövlət başçılarının şəxsi dostluq və səmimi münasibətlərinin xüsusi rolu var.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad, hörmət və strateji baxış iki ölkə arasında əməkdaşlığın sürətlə və ardıcıl şəkildə inkişaf etməsini təmin edən əsas amillərdəndir. 

Bir məsələni də xüsusi qeyd edim ki, Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, 2022-ci il iyunun 21-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, 2024-cü il avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, eləcə də həmin müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi” və digər sənədlər ikitərəfli əməkdaşlığın hüquqi bazasını gücləndirib. 

Bu mühüm sənədlərdən sonra ölkələrimiz arasında siyasi dialoq intensivləşib, iqtisadi əlaqələr genişlənib, mədəni-humanitar əməkdaşlıq yeni dinamika qazanıb. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir, qlobal və regional miqyasda ortaq mövqe nümayiş etdirir”.

S.Salmanova vurğulayıb ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının gücləndirilməsində də aparıcı rola malikdir:

“Hər iki dövlət Türk dünyasının birliyi, ortaq iqtisadi məkanın formalaşdırılması, mədəni-mənəvi dəyərlərin qorunması və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal təşəbbüslərlə çıxış edir. 

Son illərdə Azərbaycan - Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişafı göstərir ki, bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir. 

Əminik ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək. Bu münasibətlər xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və inkişaf proseslərinə xidmət edəcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see213

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see193

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see191

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see139

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see134

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see131

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see130

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see129

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see128

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see124

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see120

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri