Icma.az
close
up
RU
Səbinə Salmanova: “Bəzi icra başçıları özlərini “kiçik padşah” kimi aparır”

Səbinə Salmanova: “Bəzi icra başçıları özlərini “kiçik padşah” kimi aparır”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul edərkən onlara mühüm tapşırıqlar və tövsiyələr verdi, qarşıdakı fəaliyyət istiqamətləri üçün aydın və konkret “yol xəritəsi” müəyyənləşdirdi”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Deputat hesab edir ki, bütün icra başçıları və məmurlar ölkə başçımızın tövsiyələrinə əməl etməli, vəzifələrini layiqincə, vicdanla yerinə yetirməli və dövlət maraqlarını şəxsi maraqlarından üstün tutmalıdırlar:

“Bəzi hallarda vəzifəni məsuliyyət kimi yox, xüsusi imtiyaz kimi dərk edən və vəzifə səlahiyyətlərini öz maraqlarını həyata keçirmək üçün vasitə kimi görən icra başçılarına və məmurlara hələ də rast gəlinməkdədir. Təəssüf ki, bəzi icra başçıları özlərini “kiçik padşah” kimi aparır və vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirlər. 

Hər bir dövlət məmuru vəzifəsinin yüksək etimad və məsuliyyət daşıdığını unutmamalıdır. Öz fəaliyyətinə diqqətlə və məsuliyyətlə yanaşmalı, xalqın yanında olmalı, onların problemləri ilə yaxından maraqlanmalı, sahibkarlara süni əngəllər yaratmamalı və şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə xüsusi həssaslıq göstərməlidir.

Təəssüflər olsun ki, bəzən şahidi oluruq ki, bəzi icra başçıları və məmurlar korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparmaq əvəzinə, özləri bu çirkin əməllərə əl atırlar. Prezident İlham Əliyev də ötən gün çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, “Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var”.

Hər kəsə aydındır ki, dövlət başçımızın bu məsələlərə yanaşması prinsipial və qətidir. Odur ki, hər bir icra başçısı, məmur dövlət başçımızın tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarmalı, öz davranışını dövlət maraqları və qanun çərçivəsində formalaşdırmalıdır. Yoxsa vəzifəsini düzgün icra etməyən, dövlət başçısının etibarını itirən şəxslər vəzifəsindən işdən azad ediləcək”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib:

“Bu amil məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir ki, bütün bunlar da istər ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və dövlətimizin başçısının “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədinin reallığa çevrildiyini növbəti dəfə sübut edir”.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev, eyni zamanda, hazırkı yeni çağırışlar kontekstində bölgələrdə iş yerlərinin yaradılması, işgüzar mühitin formalaşdırılması sahibkarların fəaliyyətinin və onların təşəbbüslərinin dəstəklənməsinin vacib olduğunu vurğulayaraq, bu istiqamətə mühüm addımların atılmalı olmasının zəruriliyindən danışdı. 

“Dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən dərin islahatların yeni şərtlərlə formalaşdırıldığını və bu imkanların yaratdığı yeni fürsətlərin lazımınca qiymətləndirilməsinin vacibliyini qeyd etdi.

Fikrimcə, cənab Prezidentin tövsiyələri məmur ordusu qarşısında necə böyük vəzifələrin dayandığını, onların uğurlu həllinin isə sosial-iqtisadi inkişafımıza necə böyük töhfələr verə biləcəyini göstərdi. Bütün bunlar milli inkişafımızın yeni mərhələsi üçün prioritetlər deməkdir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see228

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see146

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see137

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see135

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see135

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see132

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see131

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see129

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see128

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see128

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see125

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri