Icma.az
close
up
RU
Səbinə Salmanova: “İlham Əliyev xalqımızın arzularını yerinə yetirdi”

Səbinə Salmanova: “İlham Əliyev xalqımızın arzularını yerinə yetirdi”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir sıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi. 

Dövlətimizin başçısının sözügedən müsahibəsi həm də növbəti dəfə Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu".

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısı müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib:

“Bildiyiniz kimi, Azərbaycan həmişə Çinlə əlaqələrə böyük önəm verir. Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. 

Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Hazırda Azərbaycan-Çin münasibətləri özünün inkişaf dövrünü yaşayır. 2024-cü ildə dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açıb”. 

Deputat xatırladıb ki, bu yaxınlarda Azərbaycana səfər etmək istəyən Çin vətəndaşları viza almaq tələbindən azad edilib:

“Hazırda ölkəmizə gələn Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Dövlət başçımız müsahibəsində bu məsələyə toxunaraq bildirdi ki, ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Bu da turistlərin sayını artıracaq, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına yol açacaq".

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına müsahibəsində bir çox məqamlara dair fikirlərini bölüşməklə yanaşı, ABŞ-də hakimiyyət dəyişikliyi kontekstində ölkəmizin Vaşinqtonla münasibətlərinin perspektivindən söz açıb:

“Dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrindən danışarkən bildirdi ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, Trampın ABŞ-yə öncəki rəhbərliyi zamanı da əlaqələrimiz çox uğurla inkişaf edib. 

Təəssüflər olsun ki, Baydenin hakimiyyəti dövründə ABŞ-nin hakim dairələri Azərbaycana münasibətdə yanlış mövqe tutdular. Reallıqları qiymətləndirmədilər, həmçinin beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq, təcavüzkar Ermənistanın yanında olduqlarını nümayiş etdirdilər.

Son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasına gətirib çıxardı. Halbuki, Trampın bundan öncəki hakimiyyəti dövründə əlaqələrimiz çox uğurla inkişaf edirdi. 

Ümid edirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”.

Parlamentari onu da qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan ölkələrdən biridir:

“Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddət ərzində həmişə xalqımıza həqiqəti söyləyib. Azərbaycana rəhbərlik etdiyi dövrdə İlham Əliyev cənabları respublikamızı hər zaman uğurdan uğura aparıb, bütün sahələrdə inkişafa və yüksəlişə nail olub. 

Cənab İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqelər əldə etməsi, beynəlxalq səviyyədə nüfuzunu artırması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba daxil olması xalqımızın tarixi nailiyyətləridir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixinə yazılan ən qürurverici hadisə isə torpaqlarımızın işğaldan azad edilməsidir. 

Torpaqlarımızı işğaldan azad etməklə, Qarabağda erməni separatçılığına son qoymaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimizin ağrılı problemlərini həll etdi, xalqımızın ən böyük arzularını yerinə yetirdi. Görülən işlərə nəzər salanda aydın şəkildə görürük ki, cənab Prezident İlham Əliyevin sözü və əməli birliyi xalqımıza Zəfərli və firavan həyat bəxş etdi.

Əminik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə respublikamız bundan sonra da bütün hədəflərinə layiqincə çatacaq”.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri