Icma.az
close
up
RU
Səbinə Salmanova: Prezidentin siyasəti sosial bərabərliyi təmin edir

Səbinə Salmanova: Prezidentin siyasəti sosial bərabərliyi təmin edir

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. 

Bu siyasətin təməlində bütöv Azərbaycanın hər bir bölgəsinin bərabər inkişafı, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması dayanır.

Prezident İlham Əliyevin həyata keçirdiyi regional inkişaf siyasəti ölkəmizin həm iqtisadi gücünü artırır, həm də sosial bərabərliyi təmin edir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısının iyunun 23-də Yevlax və Goranboy rayonlarına səfəri bu siyasətin növbəti real təzahürüdür: 

“Yevlax şəhərində ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən Prezident, daha sonra Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Yevlaxdan keçən hissəsində görülən işlərlə tanış oldu.

Bu yol təkcə region üçün deyil, bütün ölkə üçün strateji nəqliyyat arteriyası hesab olunur. Yolun müasirləşdirilməsi logistika imkanlarının genişləndirilməsinə, tranzit potensialının daha da artırılmasına imkan verəcək. 

Bunun ardınca Yevlax Pilot Aqroparkının, SCADA İdarəetmə Mərkəzinin, yeni sutəmizləyici qurğunun, Yevlax Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi regionda kənd təsərrüfatı, kommunal xidmətlər, idman və sosial sahələrin müasirləşməsini təmin edir. 

Goranboy rayonunda isə Prezident İlham Əliyev “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı zavodunun açılışında iştirak etdi. Bu müəssisə region üçün sənaye baxımından yeni bir nəfəs, əhali üçün isə əlavə məşğulluq imkanı deməkdir. 

Dövlətimizin başçısının iyunun 24-də isə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak və çıxış edib. Hesab edirəm ki, bu stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, enerji sisteminin ümumi səmərəliliyinin yüksəldilməsinə də ciddi töhfə verəcək”.

Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, ölkənin bütün bölgələrində də inkişaf prosesləri paralel şəkildə həyata keçirilir: 

“Bu yanaşma Prezident İlham Əliyevin ədalətli və sistemli idarəçilik modelinin təzahürüdür. Prezidentin Yevlax və Goranboy rayonlarına və Mingəçevir şəhərinə səfəri bir daha təsdiq edir ki, Azərbaycan hökuməti yalnız işğaldan azad edilmiş ərazilərin deyil, ölkənin bütün bölgələrinin inkişafını prioritet hesab edir. 

Ölkə başçımız da dəfələrlə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr digər regionların inkişafı ilə paralel və balanslı şəkildə aparılır. Bu məqsədlə Azərbaycanımızın hər yerində müasir infrastruktur yaradılır, kənd təsərrüfatı və sənaye sahələrinə investisiyalar yatırılır, yeni iş yerləri açılır. Bütün bunlar ölkəmizdə sosial-iqtisadi sabitliyə və vətəndaşımızın rifahının yüksəlməsinə şərait yaradır”.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri