Səbuhi Abdullazadə: Heyətin üzvü kimi mən də məsuliyyət daşıyıram
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İmkanlarımız oldu, yararlana bilmədik. Nəticədə məğlub olduq. Bu matçı unudub gələcək oyunlara köklənməliyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə Misli Premyer Liqasının 28-ci turunda "Araz-Naxçıvan"a məğlub olduqları (2:0) oyundan sonra deyib.
Gənc futbolçu komandasının turnir cədvəlindəki mövqeyini dəyərləndirib:
"Məncə, Premyer Liqada qalmağın öhdəsindən gəlmişik. Düşünmürəm ki, bundan sonuncu pilləyə yuvarlana bilərik. Komanda olaraq qeyri-sabit çıxış ediriksə, heyətin üzvü kimi mən də məsuliyyət daşıyıram. Qarşıda "Şamaxı" ilə oyun var. Bizim üçün vacib matçdır. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, "Sumqayıt" Misli Premyer Liqasında 28 turdan sonra 29 xalla 7-ci yerdə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 10 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















