Icma.az
close
up
RU
Seçici məhkəməyə verilmişdi, qərar çıxarıldı YENİLƏNİB

Seçici məhkəməyə verilmişdi, qərar çıxarıldı YENİLƏNİB

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Milli Cəbhə Partiyası (MCP) İmişli rayon sakini Nadir Şirinovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, partiyanın nümayəndəsi əvvəlcə İmişli Rayon Məhkəməsinə müraciət edib.

Şikayətdə bildirilib ki, tikintidə usta işləyən İmişli rayon sakini Nadir Şirinov internet kanallarından birində partiyanın sədri, eyni zamanda rayonun deputatı Razi Nurullayev və ailə üzvləri barədə təhqir, böhtan xarakterli fikirlər səsləndirib.

Şikayət ərizəsində qeyd olunub ki, Nadir Şirinov Razi Nurullayevi biznesə himayədarlıq kimi ağır cinayətdə ittiham etməklə yanaşı, həyat yoldaşını da təhqir edib.

Məlumat üçün deyək ki, Nadir Şirinov deputat Razi Nurullayevi “Astroy” tikinti şirkətinin qeyri-rəsmi sahibi kimi təqdim edib. O bildirib ki, özü ilə birlikdə 8 nəfər usta Laçın şəhərində evlərin tikintisində çalışıb. Həmin vaxt R.Nurullayev, onun qardaşları və həyat yoldaşı ilə də danışıqları olub. Tikinti başa çatdıqdan sonra usta briqadası haqqını ala bilmədiyini deyib. Şirinovun sözlərinə görə, tikinti işlərinə görə üstəlik onun adına vergi borcu da yaranıb.

Partiya isə səslənən iddiaları cəfəngiyyat hesab edir. MCP iddia edir ki, yayılan məlumatların məqsədi deputatın şərəf və ləyaqətini alçaltmaq, nüfuzuna xələl gətirmək və şantaj yolu ilə maddi mənfəət əldə etmək olub. Həmçinin deyilənlər sifarişli xarakter daşıya və deputatın İmişli rayonundakı fəaliyyətinə kölgə sala bilər. Qeyd olunan səbəblərdən partiya N.Şirinovun cinayət məsuliyyətinə cəlb edilərək qanunauyğun cəzalandırılmasını tələb edib.

Xüsusi ittihamçı kimi çıxış edən partiyanın nümayəndəsi prosesdə iştirak etməyib. MCP yalnız internet üzərindən yayımlanan sözügedən verilişin videoyazısını sübut kimi təqdim etməklə kifayətlənib. 

Nadir Şirinov isə məhkəmədə Razi Nurullayevi təhqir etmədiyini, sadəcə partiya üzvü kimi ona müraciət edərək öz haqqını tələb etdiyini deyib.

Hakim video ilə tanış olduqdan sonra hər hansı təhqir və ya böhtan əlaməti aşkar etməyib. Yetərli sübutlar olmadığından şikayətin araşdırılmasından imtina edilib.

MCP daha sonra bu qərardan Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin bu dəfə də partiya nümayəndəsi prosesə qatılmayıb, “yolun uzaq olması” barədə ərizə göndərərək şikayətlərinə onların iştirakı olmadan baxılmasını xahiş edib.

Yuxarı instansiya da baxılan şikayəti əsassız hesab edərək əvvəlki məhkəmənin qərarını qüvvədə saxlayıb.

***

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Vüqar Dadaşov bildirib ki, işin icraata qəbul edilməməsinə əsas olaraq qarşı tərəfin Milli Cəbhə Partiyasının deyil, şəxsən deputat Razi Nurullayevin adını hallandırması səbəb olub: “Bu səbəbdən məhkəmə deputatın özünün xüsusi ittiham qaydasında müraciət etməli olduğunu bəyan edib. Hazırda deputat xüsusi ittiham qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət edib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri