Icma.az
close
up
RU
Seçicilər səsvermə hüquqlarından istifadə edərək, istədikləri namizədə səs verirlər Ağcabədidən reportaj

Seçicilər səsvermə hüquqlarından istifadə edərək, istədikləri namizədə səs verirlər Ağcabədidən reportaj

Icma.az bildirir, Azertag portalına istinadən.

Ağcabədi, 29 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunda 85 və 86 saylı seçki dairələri üzrə keçirilən bələdiyyə seçkiləri uğurla davam edir. Ağcabədili seçicilər məntəqələrə gələrək səsvermə hüquqlarından istifadə edir, istədikləri namizədə səs verirlər.

85 saylı Füzuli-Ağcabədi dairə seçki komissiyasının sədri İbrahim Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə 6 bələdiyyəyə 64 üzv seçiləcək. Seçkidə 139 namizəd mübarizə aparır. Dairənin tərkibinə daxil olan 30 seçki məntəqəsi üzrə 22 min 548 seçici qeydə alınıb. Seçicilərdən 102 nəfəri ilk dəfə səs verən gənclərdir. Seçicilərin 340 nəfəri 80-100 yaş arasında, 4 seçicinin yaşı isə 100-dən artıqdır. Səsvermənin gedişini 339 nəfər müşahidəçi izləyir.

86 saylı Ağcabədi Dairə Seçki Komissiyasının sədri Famil İsmayılov isə deyib ki, səsvermə seçki dairəsi üzrə 52 məntəqədə keçirilir. Məntəqələrin 9-da veb-kamera quraşdırılıb. Seçki dairəsində 9 bələdiyyə üzrə 101 bələdiyyə üzvlüyünə 222 namizəd mübarizə aparır. Seçkiləri izləmək üçün 676 müşahidəçi qeydiyyatdan keçib. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.

AZƏRTAC-ın bölgə müxbiri 85 saylı Füzuli-Ağcabədi seçki dairəsinin Hindarx qəsəbə 2 nömrəli ümumi orta məktəbdə yerləşən 40 saylı seçki məntəqəsində səsvermə prosesini izləyib. Məntəqə seçki komissiyasının sədri Elminaz Hüseynovanın bildirdiyinə görə, məntəqədə 1271 seçici qeydə alınıb.

Seçici, kənd sakini Asif Mamedov yaradılan şəraitdən razılıq edərək deyib: “Səsvermə şəffaf və demokratik keçir. Məntəqədə seçicilər üçün yaradılan şəraitdən razıyam. Bütün seçkilərdə olduğu kimi, bu gün də məntəqəyə gələrək səsvermə hüququmdan istifadə etdim”.

Məntəqəyə gələnlərin içərisində gənclər üstünlük təşkil edirdi. Gənc seçici Mehman Cəfərov fikirlərini belə ifadə edib: “Bir gənc olaraq bu gün mən də konstitusion hüququmdan istifadə edərək, səsvermədə iştirak etdim. İstədiyim namizədlərə səs verdim. Bundan sonra da ölkəmizdə keçiriləcək seçkilərdə fəal iştirak edəcəyəm”.

Səsvermənin gedişini izləyən müşahidəçılər Rasim Ağalarov və Allahverən Həsənov seçkilərin demokratik şəkildə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini deyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri